Siyasət

Ermənilərin əl-qolu bağlandı – VİDEO

“Bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək”. Dövlət başçısının da vurğuladığı kimi biz öz torpaqlarımızda mübarizə aparırıq […]

Cəmiyyət

“Ev mənimdir, çıx!” – Kirayə müqaviləsinə xitam verilməyən kirayəçi nə etsin? + FOTO

Ölkədə kirayə mənzillərlə bağlı problem təkcə qiymətlərin baha olması ilə bitmir. Həllini tapmayan bir digər məsələ mülkiyyətçinin istədiyi vaxt kirayə qalan şəxsi evindən çıxarmasıyla bağlıdır. Bu hal isə gah tərəflər arasında kirayə müqaviləsinin bağlanmamasından, gah da kirayə götürənin öz hüquqlarını bilməməsindən qaynaqlanır. Bu gün mövcud problemlə daha bir vətəndaş üzləşib. Hadisə ilə bağlı “Facebook”da paylaşım […]

Dünya

Ərdoğan Pelosinin səfəri barədə: “Onun Qafqazdakı proseslərə zərbə vurmağa gücü yoxdur”

“Pelosinin hansısa bir səfərlə (Ermənistana – red.) Qafqazdakı proseslərə zərbə vurmağa gücü yoxdur”. Bunu Nyu-Yorkdan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərini və onun həm Türkiyəni, həm də Azərbaycanı ittiham edən bəyanatlarını şərh edərkən bildirib. “İnanıram ki, o, çox yerləri narahat edib. Şişirtməyə ehtiyac yoxdur”, – deyə Türkiyənin dövlət baçşısı əlavə […]

Cəmiyyət

Prokurorluq orqanlarında vahid əməkhaqqı sistemi tətbiq ediləcək

Prokurorluq orqanlarında vahid əməkhaqqı sistemi tətbiq ediləcək. “Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik layihəsi daxil edilib. Dəyişiklik layihələri dövlət qulluqçularının əməkhaqqı sisteminin təkmilləşdirilməsi, eyni vahid əməkhaqqı sisteminin tətbiqi ilə bağlı aparılan islahatların davamıdır. Xeberal.az

İdman

Avroliqanın rəsmi səhifəsindən Qurban Qurbanovun oğlu ilə bağlı paylaşım – FOTO

UEFA Avropa Liqasının rəsmi səhifəsi Qurban Qurbanovun oğlu Musa Qurbanlının fotosunu paylaşıb. Oxu.Az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin səhifəsi “Qarabağ”ın oyunçusunun “Zirə” ilə qarşılaşmada vurduğu qoldan sonra etdiyi hərəkəti paylaşaraq bunları yazıb: “Qarabağ” = beynəlxalq fasilədə liqanın zirvəsi”. Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Musa Qurbanlı “Zirə”ni 7:1 hesabı ilə məğlub etdikləri görüşdə […]

Siyasət

Azərbaycan daha bir konvensiyaya Ermənistana münasibətdə qeyd-şərtlə qoşulur

Azərbaycan daha bir konvensiyaya Ermənistana münasibətdə qeyd-şərtlə qoşulur. “Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib. Sənədi komitə sədri Əli Hüseynli təqdim edib. O bildirib ki, konvensiya uşaqlara […]

Siyasət

Vətən müharibəsinin 68 iştirakçısı və iki şəhid ailəsi üzvü polisə qəbul edilib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və vətəndaşların bölgələrdə qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xəbər verilib. Məlumata görə, nazir əvvəlcə Gəncə şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük […]

Siyasət

“Bakının Qarabağı tam təmizləməkdən, sonra sərhədi keçib İrəvanı almaqdan başqa yolu qalmayacaq” – MÜSAHİBƏ

Ermənistan-Azərbaycan sərhədində baş verən son gərginlikdən sonra müxalifət bunu tələb etsə də, Ermənistanda səfərbərlik elan edilmədi. Bundan sonra ölkədəki revanşistlər guya Azərbaycanla müharibə üçün könüllü batalyonlar yaratmağa başladılar. Hazırda xaricdə yaşayan ermənilərə ölkəyə qayıtmalarına dair çağırışlar edilir. Müvafiq elanlardan birində deyilir ki, “artıq döyüş əməliyyatlarında iştirak təcrübəsi olanlara” üstünlük verilir. Əslində, söhbət xərclərini ödəyəcəklərini vəd […]

Siyasət

Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib – FOTO

Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Twitter”də bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib. […]

Cəmiyyət

İmişlidə yol polisi cərimələdiyi sürücüləri söyüb? – RƏSMİ AÇIQLAMA

İmişlidə yük avtomobili sürücülərini yol polislərinin təhqir etməsi barədə iddialar yayılıb. Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, İmişli rayon Dövlət Yol Polisinin əməkdaşları dayanma-durma nişanı olmayan yerdə 2 “KamAz” sürücüsünü saxlayıb və 20 manat cərimələyib. İddiaya əsasən, sonra həmin sürücüləri yol polisləri təhqir edib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional […]