Cəmiyyət

İmişlidə yol polisi cərimələdiyi sürücüləri söyüb? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!

İmişlidə yük avtomobili sürücülərini yol polislərinin təhqir etməsi barədə iddialar yayılıb.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, İmişli rayon Dövlət Yol Polisinin əməkdaşları dayanma-durma nişanı olmayan yerdə 2 “KamAz” sürücüsünü saxlayıb və 20 manat cərimələyib. İddiaya əsasən, sonra həmin sürücüləri yol polisləri təhqir edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a iddiaların həqiqət olmadığını bildirib:

“Sentyabrın 18-də İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Ağsu-Bəhrəmtəpə-Kürdəmir yolunun İmişli rayonu ərazisində keçən hissəsində, İmişli Şəkər Zavodunun yaxınlığında 3 yük avtomobilinin sürücüsü tərəfindən dayanma və durma qaydalarının pozulduğunu aşkarlayıblar.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı yol polisi inspektorları tərəfindən qanunvericiyə uyğun olaraq tədbirlər görülüb və sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Qaydaları pozan sürücülərin təhqir olunması ilə bağlı səsləndirilən fikirlər isə böhtan xarakterlidir və həqiqəti əks etdirmir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir