İqtisadiyyat

Azərbaycanda bal niyə bahalaşıb? – AÇIQLAMA

Azərbaycanda balın qiymətinin artması dünyada baş verən bahalıqla bağlıdır. Bunu Trend-ə “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, ümumiyyətlə son 10 ildə balın qiyməti dəyişməmişdi. “Balın qiyməti çox bahalaşmayıb. Əgər ötən il balın 1 kiloqramını orta hesabla 25 manata almaq mümkün idisə, bu il qiymət 30 manatdır. Qiymət artımının […]

Cəmiyyət

Dəniz Akademiyasının və onun nəzdində Dənizçilik Kolleci yenidən təşkil ediləcək

Azərbaycan Dövlət Dəniz Akademiyasının və onun nəzdində Azərbaycan Dənizçilik Kolleci yenidən təşkil ediləcək. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Dəniz Akademiyasının Nizamnaməsi təsdiq olunacaq. Qərara əsasən, Azərbaycan Dövlət Dəniz Akademiyası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan […]

Dünya

Yerablur “döyüşləri”: Erməni “qırmızı biretlər” əsgər analarına qarşı – VİDEO

Erməni polisi Yerablur hərbi məzarlığı ərazisindəki əsgər analarından birinin barmağını sındırıb, digər valideynin isə qolunu əzib. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir. “Yaxşıca yedizdirilmiş, boylu-buxunlu erməni “qırmızı və qara biretləri” sərhəd bölgəsindəki postlarda olmaq əvəzinə, 44 günlük müharibədə ölən həmvətənlərinin ana və bacılarını qəbristanlıq ərazisində qovalamaqla məşğuldurlar. Həlak olan hərbçilərin yaxınları dövlət […]

Dünya

ABŞ İranın əxlaq polisinə və Quru Qoşunları komandanına sanksiyalar tətbiq etdi

ABŞ ötən həftə saxlanıldıqdan sonra vəfat edən iranlı Məhsa Əmininin ölümü ilə əlaqədar İranın əxlaq polisinə sanksiya tətbiq edib. Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd edilir ki, əxlaq polisinə qarşı sanksiyalar “İranlı qadınlara qarşı zorakılıq, habelə İranda dinc nümayişçilərin hüquqlarının pozulmasına görə” tətbiq edilib. “Əxlaq polisi hicabı düzgün geyinmədiyi […]

Dünya

KTMT-nin Baş katibi Ermənistanın Azərbaycanla sərhəd bölgəsində olub

KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya cümə axşamı Ermənistanla Azərbaycan sərhədində yerləşən əraziyə baş çəkib. Bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib. “Sentyabrın 22-də KTMT-nin baş katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandakı missiyası çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Vayodzor vilayətinin sərhəd bölgəsinə səfər edib”, – məlumatda bildirilib. Qeyd […]

Dünya

“Haber Global”: Ərdoğandan İlham Əliyev və Paşinyan açıqlaması – VİDEO

Türkiyənin “Haber Global” kanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərilə bağlı verdiyi şərhə diqqət çəkib. Bununla bağlı telekanalın efirində yayımlananın videomaterialda Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə danışdıqdan sonra məsələ ilə bağlı addımlar atılacağını bildirdiyi vurğulanıb. Həmçinin, Türkiyə Prezidentinin açıqlamalarına əsasən, qeyd olunub ki, dövlət başçısının Praqada keçirilən […]

İdman

“Shusha Chess 2022”: Məmmədyarov maksimum nəticə ilə vahid lider oldu – FOTO

Şuşada ilk beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib. “Report”un məlumatına görə, ikinci yarış günündə rapid üzrə 4 tur oynanılıb. Kişilərin mübarizəsində ilk gedişi Azərbaycan Şahmat Federasiyasının rəhbəri, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov bütün qarşılaşmaları qələbə ilə başa vuraraq, maksimum nəticə ilə liderliyə yüksəlib. Teymur Rəcəbov 1 qalibiyyət, 2 heç-heçə, […]

Siyasət

Rusiya səfərbərliyinin PƏRDƏARXASI: Dünyanı ÜDM, yoxsa nüvə müharibəsi gözləyir? – FOTO

Rusiya Prezidenti Vladimir Putinin ötən gün xalqa müraciəti ilə dünya daha qorxulu sabahlara oyanacağının, yaxud da əbədi yuxuya getməklə bağlı təhdidlərin fərqinə vardı. Hər kəsi belə bir sual düşündürür – nüvə müharibəsi ehtimalı gerçəkləşir?   Cənubi Qafqazda Ermənistan-Azərbaycan, Mərkəzi Asiyada Tacikistan-Qırğızıstan, Balkan yarımadasında Serbiya-Kosovo, Yunanıstan-Türkiyə gərginliyi son ayların gündəmindən düşmür. Tayvan adası ətrafında ABŞ-Çin maraqları toqquşur […]

İqtisadiyyat

Hökumətin gələn ilin büdcə layihələrinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib – FOTO

Sentyabrın 22-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, […]