Siyasət

Ərdoğan: “Azərbaycanla Ermənistanın qısa zamanda hərtərəfli sülh sazişi imzalaması mümkündür”

“Azərbaycan və Ermənistan arasında qısa zamanda hərtərəfli sülh sazişi imzalamaq mümkündür”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib. “Biz Türkiyə olaraq, Azərbaycanla Ermənistan arasında gedən prosesləri dəstəkləmək üçün addımlar atmışıq. Son zamanlar baş verən gərginlik bu gözəl iqlimə kölgə salsa da, biz hesab edirik ki, ən qısa zamanda […]

Cəmiyyət

Metroda sıxlıq: Qatarlarda 12 dəqiqəlik gecikmə yarandı

Qatarların hərəkətində gecikmələr yaranıb. Bu isə metro stansiyalarda sıxlığa səbəb olub. Məlumatı Oxu.Az-a təsdiqləyən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunduğundan Yaşıl və Qırmızı xətti, Dərnəgül və İçərişəhər metrostansiyaları istiqamətində də qatarların hərəkətində gecikmələr baş verib: “Hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb”. Sayad […]

Dünya

Şolts: “Almaniya Donbasın Rusiyaya daxil olması ilə bağlı referendumu tanımır”

Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniya Donbas və digər Ukrayna ərazilərinin Rusiyaya daxil olmasına dair referendumları tanımır. “Rusiya qoşunlarını Ukraynadan çıxarmalıdır. Ukraynanın öz ölkəsinin bütövlüyünü və suverenliyini, demokratiyasını müdafiə etmək hüququ var. Biz bu işdə Ukraynanı dəstəkləyirik”, – deyə kansler çərşənbə axşamı BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gəldikdən sonra deyib. “Buna görə […]

Cəmiyyət

Culfada Türkiyəyə keçirilməyə cəhd olunan 79 kiloqramdan artıq psixotrop maddə aşkarlandı

Culfa dövlət sərhədi buraxılış məntəqəsində nəqliyyat vasitəsində 79 kiloqramdan artıq psixotrop maddə aşkarlanıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib. Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına plastik məmulatlar aparan 25-LS-673 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa […]

Cəmiyyət

Gəncənin gerbi təmirdən sonra yerinə quraşdırıldı

Gəncənin 6 metr hündürlükdə olan simvolik gerbi təmirdən sonra yerinə quraşdırılıb. APA xəbər verir ki, artıq bir müddətdir mütəxəssislər tərəfindən gerbin əsaslı təmir olunması istiqamətində iş aparılıb və proses başa çatıb. Gəncənin simvolik gerbi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və xüsusi texnikası vasitəsilə özünün ənənəvi yerinə – Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyinin […]

Cəmiyyət

Samuxda 17 yaşlı yeniyetmə oğlanı maşın vurdu

Samuxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Hüseynli Rövşən yolu qarşı tərəfə keçmək istəyən zaman onu maşın vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

“Neftçi” və PFL rəhbərliyi arasında görüş olub – FOTO

“Neftçi” və Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi arasında görüş keçirilib. Klubdan verilən məlumata görə, “ağ-qaralar”ın inzibati binasında təşkil olunan görüşdə paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, idman direktoru Zaur Əzizov, əsas komandanın baş meneceri Qədir Həsənov, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov, həmçinin media və marketinq direktoru Sənan […]

Dünya

İranda etirazlar: Ölənlər var – VİDEO

Bir neçə gün öncə İranın əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin hicab bəhanəsilə tutularaq qətlə yetirilməsi bütün ölkə ərazisində əhalinin etirazına səbəb olub. Təkcə dünənki etiraz aksiyalarında 3 nəfər ölüb. İranın “Kürdüstan İnsan Haqları Şəbəkəsi”nin məlumatına görə, bazar ertəsi Divandərə və Dehqolan şəhərlərində Fuad Qədimi, Reza Lotfi və Mohsen Mohəmmədi adlı üç gənc etiraz […]

İdman

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin tarixi AÇIQLANDI

2023-cü ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib. Beynəlxalq Avtomobil Federasiyasından (FIA) verilən məlumata görə, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28 – 30 apreldə baş tutacaq. Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib. Qeyd edək ki, Bakı trasındakı son […]

Dünya

Ərdoğan: “Azərbaycanlı qardaşlarımızın hər zaman yanındayıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib. Dövlət başçısı çıxışı zamanı dünyanın müxtəlif bölgələrində baş verən prosesləri şərh edib. Ərdoğan Cənubi Qafqazdakı vəziyyətə dair açıqlamalar da verib. O, Türkiyənin daim Azərbaycanın yanında olduğunu bildirib. “Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin edilməsi baxımından tarixi bir […]