Cəmiyyət

Samuxda 17 yaşlı yeniyetmə oğlanı maşın vurdu

Sharing is caring!

Samuxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü Hüseynli Rövşən yolu qarşı tərəfə keçmək istəyən zaman onu maşın vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir