İdman

“Neftçi” və PFL rəhbərliyi arasında görüş olub – FOTO

Sharing is caring!

“Neftçi” və Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi arasında görüş keçirilib.

Klubdan verilən məlumata görə, “ağ-qaralar”ın inzibati binasında təşkil olunan görüşdə paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, idman direktoru Zaur Əzizov, əsas komandanın baş meneceri Qədir Həsənov, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov, həmçinin media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər.

Görüşə görə “Neftçi” rəhbərliyinə təşəkkür edən PFL rəhbəri tanışlıqla yanaşı, əsas məqsədinin klubları narahat edən məqamlara vaxtında müdaxilə etmək olduğunu bildirib.

K.Quliyev isə öz növbəsində E.Səmədovu Peşəkar Futbol Liqasının prezidenti seçilməsi münasibətilə bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb.

Sonra Azərbaycan futbolunun hazırkı durumu və planlar barədə müzakirələr aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir