Dünya

Tokayev: “Xəzər sülh və yeni imkanlar dənizi olmalıdır”

Xəzər sülh zonası olmalı və yeni imkanların reallaşmasına imkan verməlidir. Bunu çərşənbə axşamı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxışı zamanı deyib. “Biz Xəzər dənizinin sülh və yeni imkanlar dənizinə çevrilməsini təmin etməliyik. Yaxın aylarda Qazaxıstan ticarət tədarük zəncirinin pozulması nəticəsində enerji və kritik xammala məhdud çıxışın təsirini minimuma […]

Cəmiyyət

İctimai nəqliyyatda yaşlılara yer verilməlidirmi? – SORĞU + VİDEO

“İctimai nəqliyyatda yaşlılara yer verilməlidirmi?” sualı əhatəsində paytaxt sakinləri arasında sorğu aparılıb. Sakinlərdən birinin sözlərinə görə, ictimai nəqliyyatda yaşlılara yer verilməməlidir: “Çünki, yaşlılar istirahət edir, cavanlar isə işləyirlər”. Sakinlər arasında yaşlılara yer verilməlidir deyənlər də olub. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İqtisadiyyat

SOCAR-da “Neftçilər Günü” münasibətilə tədbir keçirilib – FOTO/VİDEO

2022-ci il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü və neft-qaz sənayesi işçilərinin peşə bayramı – “Neftçilər Günü” münasibətilə tədbir keçirilib. SOCAR-dan verilən məlumata görə, ilk öncə Azərbaycan Respublikasının iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, SOCAR-ın Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan […]

Cəmiyyət

Şəhidin nişanlısı: “İlk görüşdə mən yaşıl paltarda idim, son görüşdə o” – VİDEO

“Bir-birimizi gördük və sevdik. İlk görüşdə mən yaşıl paltarda idim, son görüşdə isə o”. Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin budəfəki qonağı şəhid Hüseyn Nəcəfzadənin nişanlısı Atlas Kazımova deyib. A.Kazımova bildirib ki, nişanlısı tez-tez ona çətin olacağını və günlərlə işdə ola biləcəyini deyirmiş: “Hər bir hərbçi yoldaşı, yarı bunu əvvəldən qəbul etməlidir. Onun qədər vicdanlı, təmiz qəlbli birini görməmişdim. […]

Dünya

Məcburi hicab qurbanına çevrilən 22 yaşlı qız İranı ayağa qaldırdı – VİDEO

Əxlaq polisinin zorakılığına məruz qalan qadın İranı ayağa qaldırıb. “Azad İran” “YouTube” kanalı bu barədə süjet hazırlayıb. Bildirilib ki, 22 yaşlı qızın baş ötrüsünün qaydalara uyğun olmaması səbəbindən əxlaq polisi onu vəhşicəsinə döyüb. Qurban aldığı xəsarətlərdən vəfat edib. Daha ətraflı süjetdə: Xeberal.az

Cəmiyyət

Zaqatalada mikroavtobusla avtomobil toqquşdu: Xəsarət alanlar var

Zaqatalada “Mercedes Vito” mikoravtobusu ilə minik avtomobili toqquşub, xəsarət alanlar var. APA-nın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində üç nəfər rayon sakini aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralılar müayinə […]

Dünya

“Haber Global”: “Ərdoğandan dünyaya Azərbaycan mesajı” – VİDEO

Türkiyənin Haber Global telekanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında Azərbaycanla bağlı dediklərini önə çıxarıb. Telekanal bununla dövlət başçısının bütün dünyaya dəqiq bir mesaj verdiyini vurğulayıb. “Biz azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq”, – deyə Ərdoğan bəyan edib. O, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsinin Cənubi […]

Dünya

Çexiya ABŞ-dan ilk mayeləşdirilmiş təbii qaz partiyasını aldı

Çexiya üçün mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyası dəniz yolu ilə Niderlandın LNG terminalına çatdırılıb. Bu barədə Çexiyanın CEZ enerji şirkətinin mətbuat katibi Roman Qazdik məlumat verib. “Çexiya üçün Amerika LNG-nin ilk partiyası tankerlə Niderlandın Emshaven şəhərindəki dəniz terminalına çatdırılıb. Bu üzən terminalın tutumunun üçdəbiri bu yaxınlarda Çexiya tərəfindən CEZ vasitəsilə 10 il müddətinə icarəyə […]

Cəmiyyət

İcra hakimiyyətində meyiti tapılan məmurun dayısı: “İş günü olmadığı üçün rayona getdiyini düşündük” – VİDEO

İş otağında meyiti tapılan Saatlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən 1987-ci il təvəllüdlü Əhəd Cavanəli oğlu Behbudovun yaxınları danışıblar. Ə.Behbudovun dayısı Samiq Şahmarov bildirib ki, Əhəd altıncı gün evdən çıxıb və yaxınları onun rayona getdiyini düşünüblər: “İş günü olmadığı üçün rayona getdiyini düşündük. Zəng etdik telefon bağlı idi. Yaxınları və […]