Dünya

Avropa Kosmik Agentliyi: “Ay yeni iqtisadi məkana çevriləcək”

Ayın tədqiqi növbəti onillikdə iqtisadi fayda gətirə bilər. Bunu bazar günü Avropa Kosmik Agentliyinin (ESA) baş direktoru Yozef Aşbaher bəyan edib. O, heç bir proqnoz və təfərrüat açıqlamadan Ayda müxtəlif layihələr həyata keçirəcəklərini bildirib. “Biz Ayı layihələrimiz üçün istifadə etmək yolunun başlanğıcındayıq. Kolumb da Amerikanı kəşf edəndə bunun nə demək olduğunu anlamırdı”, – deyə Aşbaher […]

Dünya

Əfqanıstanda 300-ə yaxın “Taliban” döyüşçüsü öldürüldü

Milli Müqavimət Cəbhəsinin üsyançıları Əfqanıstanın şimalındakı Pəncşir əyalətində radikal “Taliban” hərəkatının silahlı birləşmələrinin 300-ə yaxın yaraqlısını öldürdüklərini iddia edirlər. Onların sözlərinə görə, “Taliban” komandanlıq içərisindən də itki verib. Toqquşmalar nəticəsində Pəncşir əyalətindəki birləşmələrin rəhbərlərindən biri olan Molla Zakirlə yanaşı onun müavininin də öldürüldüyü bildirilib. Qeyd edək ki, bir müddət öncə “Taliban”ın sözçüsü Zabihullah Mücahid bəyan […]

Dünya

Nepalda torpaq sürüşməsi 22 nəfərin həyatına son qoyub

Nepalda yağan güclü yağışlar nəticəsində Açxam bölgəsində baş verən sürüşmə nəticəsində 22 nəfər ölüb. Hadisənin paytaxt Katmandudan 450 km aralıda baş verdiyi bildirilib. Xilasedicilərin məlumatına görə, daha 10 nəfər xəsarət alıb. Qeyd olunub ki, rəsmi rəqəmlərə görə, bu il daşqınlar və sürüşmələr nəticəsində azı 70 nəfər ölüb, daha 10 nəfər isə itkin düşüb. Qeyd edək […]

Dünya

Hindistanda kənd sakinləri hər gün bir yerə toplaşaraq dövlət himnini oxuyurlar

Hindistanın Maharaştra ştatının Qadçiroli rayonundakı Malçer kəndinin sakinləri günlərinə milli himni birlikdə oxumaqla başlayırlar. Ştatın paytaxtı Mumbaydan 900 kilometr aralıda yerləşən Malçerdə 2500-ə yaxın insan yaşayır. 1992-ci ildə maoçular tərəfindən ilk hücuma məruz qalan yaşayış məntəqələrindən biri məhz Malçer olub. O vaxtdan bəri vətənpərvərlik hisslərini gücləndirmək üçün hər gün himnin oxunması təşəbbüsü ortaya çıxıb. Kənd […]

Dünya

Avropa Komissiyası Macarıstana ayrılan maliyyə vəsaitini dondura bilər

Avropa Komissiyası (AK) Macarıstana Aİ büdcəsindən 7,5 milyard avroya qədər vəsaitin ayrılmasını dondurmaq qərarına gəlib. Avropa komissarı Yohannes Han bildirib ki, qərar Aİ Şurası tərəfindən qəbul ediləcək.  Onun sözlərinə görə, belə bir addım Aİ büdcəsinin və maliyyə maraqlarının Macarıstanda qanunun aliliyinin pozulmasından qorunması üçün nəzərdə tutulub. Avropa Komissiyası birləşmə siyasəti çərçivəsində üç əməliyyat proqramı üzrə […]

Dünya

Ayda vulkan püskürməsinin izləri aşkar edildi

Çin alimləri 2020-ci ildə “Chang’e-5” kosmik gəmisi tərəfindən Yerə çatdırılan Ay torpaq nümunələrində vulkanik lava püskürməsinə dair sübutlar tapıblar. Bu barədə Çin Elmlər Akademiyası nəzdində Milli Kosmik Elmlər Mərkəzi məlumat yayıb. Tədqiqatçılar Aydakı torpaq nümunələrini araşdırarkən, Çin kosmik gəmisinin Aya endiyi ərazidə vulkan püskürmələrinin baş verdiyini aşkar ediblər. Alimlərin fikrincə, qurğunun eniş yerində vulkanik fəaliyyətin […]

Dünya

Nigerdə ​​Fransaya qarşı etiraz aksiyası keçirilib

Bazar günü Nigerdə “Barhan” hərbi əməliyyatı çərçivəsində Sahel bölgəsində olan fransız qoşunlarının ölkə ərazisindən tamamilə çıxarılması tələbi ilə nümayiş keçirib. Nümayişin təşkilatçılarından biri və M-62 Hərəkatının koordinatoru Seydou Abdulaye bildirib ki, etirazçılar fransız qoşunlarının Nigerdən dərhal çıxarılmasının tərəfdarıdırlar. Niamey şəhər hakimiyyəti cari aksiyaya iki imtinadan sonra icazə verib. Qeyd edək ki, Fransa qüvvələrinin geri çəkilməsini […]

İdman

Madrid derbisi: “Real” “Atletiko”ya qalib gəldi – VİDEO

La Liqanın 6-cı turunda Madrid derbisi oynanılıb. Oxu.Az xəbər verir ki, “Atletiko” “Real”ın qəbul edib. Matç qonaq komandanın qələbəsi ilə başa çatıb – 2:1. “Atletiko” – “Real” – 1:2 Qollar: Rodriqo, 18 (0:1), Valverde, 36 (0:2), Hermeso, 83 (1:2) Qırmızı vərəqə: Hermeso, 90+1-iki sarı vərəqə (“Atletiko”) Bu nəticədən sonra “Real” 18 xalla 1-ci, “Barselona” 16 xalla […]

İdman

PSJ Messinin qolu ilə qələbə qazandı – VİDEO

PSJ Fransa Liqa 1-də 8-ci tur oyununa çıxıb. Oxu.Az xəbər verir ki, Paris klubu “Lion”un qonağı olub. PSJ Messinin qolu ilə qələbə qazanıb. – 1:0. “Lion” – PSJ – 0:1 Qol: Messi, 5 Bu qələbə ilə xalını 22-yə çatdıran PSJ turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Marsel” 20 xalla 2-ci, “Loryen” 19 xalla 3-cüdür. Xeberal.az

Dünya

Nigeriyada qızdırmadan 171 nəfər öldü

Nigeriyada ilin əvvəlindən bəri Lassa qızdırmasından ölənlərin sayı 171-ə çatıb. Bunu bazar günü Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi elan edib. Məlumata görə, indiyədək xəstəliyə yoluxanların sayı 6660 nəfər olub. “Lassa qızdırması ölkənin 36 bölgəsindən 25-də qeydə alınıb. Ən çox yoluxma halı isə 21-30 yaş qrupunda qeydə alınıb”, – məlumatda bildirilib. Qeyd edək ki, Nigeriyada 2021-ci ildə […]