Dünya

Türkiyədə yol vermək üstündə sərnişin avtobusunu atəşə tutdular – VİDEO

Türkiyənin Düzce şəhərində sərnişin avtobusu atəşə tutulub. Səbəb isə avtobus sürücüsünün motosiklet sürücüsünə yol verməməsi olub. Hadisə başqa bir avtobusun kamerasına düşüb. Görüntülərdən bəlli olur ki, motosikletdən avtobusa tapança tuşlanır. Atəş səsini eşidən sərnişinlər təlaşla polisə xəbər verməyə çalışırlar. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Mənbə: TRT Haber Xeberal.az

Kriminal

Kürdəmirdə 50 yaşlı qadın bıçaqlandı: Əri saxlanıldı

Kürdəmirin Ərşəli kəndində qadın bıçaqlanıb. “Report”un xəbərinə görə, 1972-ci il təvəllüdlü Bayramova Zinət Dostumalı qızı bir neçə bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən Z.Bayramovanın əri Hacıbala Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Biləsuvarda sürücü piyadanı vuraraq öldürdü

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. “Report”un məlumatına görə, köhnə Ələt-Astara avtomobil yolunun şəhərindən keçən hissəsində Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Qasımov Qardaşəli Malik oğlunu VAZ-2106 markalı minik avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

Mbappe Fransa millisilə şəkil çəkdirməkdən imtina etdi

Kilian Mbappe ilə Fransa Futbol Federasiyası (FFF) arasında münaqişəsi yaranıb. PSJ-nin hücumçusu çərşənbə axşamı Fransa millisinin fotosessiyasında iştirakdan imtina edib. Münaqişəyə 23 yaşlı hücumçu ilə Federasiya arasındakı milli komanda futbolçularının imic hüquqlarından istifadə ilə məsələsindəki fikir ayrılıqları səbəb olub. Belə ki, Mbappe müqaviləsi olmayan sponsorların reklamı üçün adının hallanması ilə razılaşmır. O, komandanın əməkdaşlıq etdiyi […]

Dünya

Qəhvə bazarında təlatüm: Dünyanın ən böyük tədarükçüsü problem yaşayır

Dünyanın ən böyük qəhvə tədarükçüsü olan Braziliyada quraqlıq səbəbindən toxum ehtiyatları bu ilin yazına qədər tarixi minimuma çata bilər. Bu barədə Milli Qəhvə Şurasının rəhbəri Silas Brazileyro bildirib. Onun sözlərinə görə, mart ayına qədər ölkədə qəhvə ehtiyatları 60 kq ağırlığında yeddi milyon kisəyə enə bilər. “Cecafe” ixrac qrupunun idarə heyətinin üzvü Nelson Karvalyayş qeyd edib ki, […]

İdman

Fərid Qayıbov: “Övladlarımın xaricdə təhsil almasını istəyirəm” – VİDEO

“Övladlarımın xaricdə təhsil almasını istəyirəm”. Bu sözləri Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin qonağı olan gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazir bildirib ki, o, övladlarının təhsil aldıqdan sonra Vətənə qayıtmasını istəyir: “Bizim kifayət qədər yaxşı təhsil verən universitetlərimiz var. Övladlarımın təcrübə üçün xaricdə təhsil almasını istərdim. Amma daha sonra Vətənə qayıtsınlar. Heç kim övladının xaricdə yaşamasını […]

Dünya

Meksikada güclü zəlzələ baş verdi – VİDEO

Bazar ertəsi Meksikanın qərbindəki Miçoakan ştatında 7,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Milli Seysmoloji Xidmət “Twitter” səhifəsində məlumat yayıb. İlkin məlumata görə, zəlzələnin episentri Miçoakan ştatının Koakolman kəndindən 59 km aralıda olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.   Xeberal.az

İqtisadiyyat

Avropada çörəyin qiyməti 18% artıb

Avropa İttifaqı (Aİ) ölkələrində avqust ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə çörəyin qiymətində 18% artım qeydə alınıb. Bu barədə Avropa Statistika Agentliyi məlumat yayıb. Ən çox bahalaşma Macarıstanda qeydə alınıb – 60%. Onu 33%-lə Litva, 32 faizlə Estoniya və Slovakiya izləyirlər. Xeberal.az

İqtisadiyyat

Rusiya qazı Azərbaycan vasitəsi ilə İrana svop ediləcək

İran Neft Nazirliyinin məlumatına görə, yaxın vaxtlarda Azərbaycan vasitəsilə Rusiya qazının sutkada 6 və 9 milyon kubmetr həcmində svop müqaviləsi və alışı həyata keçiriləcək. APA xəbər verir ki, Neft Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti “13-cü hökumətdə Neft Nazirliyinin bir illik fəaliyyət hesabatı” adlı hesabatda İran Milli Neft Şirkəti ilə Rusiyanın Qazprom şirkəti arasında 40 milyard dollarlıq anlaşma memorandumu […]

Cəmiyyət

Qubada qəzalı məscid bərpa olunacaq? – AÇIQLAMA

Sosial şəbəkələrdə Quba rayonunun Qırız kəndində yerləşən qədim Əbu Müslim məscidinin dağıntıya məruz qalmasıyla bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər ki, Quba rayonunun Qırız kəndində yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil olan məscid qəzalı vəziyyətdədir. Bir […]