Dünya

Gürcüstanda daşınmaz əmlak satışları kəskin artıb

Sentyabrın 18-də “Colliers Georgia” konsaltinq şirkəti Tbilisidə lüks mənzillərin satışında kəskin artım olduğunu bildirib. Təşkilatın mətbuat xidmətindən verilən xəbərə görə, bu göstərici il ərzində 153% artıb. Qeyd olunur ki, Tbilisidə mənzil alqı-satqı əməliyyatlarının ümumi sayı ötən ilin avqust ayı ilə müqayisədə 26% artıb. Belə ki, 2022-ci ilin avqust ayında ümumilikdə 3689 əməliyyat həyata keçirilib. Bununla […]

İdman

“Seltik” azarkeşləri II Elizabeti haqqında təhqiramiz şüarlar səsləndirdilər

“Seltik”in azarkeşləri Şotlandiya çempionatında “Sent Mirren”lə oyun zamanı təhqiramiz şüarlar səsləndiriblər. Belə ki, Şotlandiya çempionatının “Sent-Mirren” – “Seltik” matçından əvvəl Böyük Britaniyanın mərhum kraliçasının xatirəsinə bir dəqiqəlik alqışlar olub. Bu zaman “Seltik” azarkeşləri “Kral ailəsinə nifrət edirsinizsə, əl çalın” şüarları səsləndiriblər. Bu an hər iki komandanın futbolçuları və məşqçiləri Kraliçanın şərəfinə alqışlar səsləndiriblər. Həmçinin Qlazqodan […]

Dünya

Alimlərdən xəbərdarlıq: “Süni intellektə nəzarət etmək mümkün olmayacaq”

Bəşəriyyətin süni intellekt tərəfindən məhv edilməsi ideyası uzun müddətdir müzakirə olunur. Elm adamları insanların yüksək səviyyəli kompüter super intellektini idarə edə biləcəyi ilə bağlı fikirlərini bölüşürlər. Bəzi alımlərin finkrincə, insan anlayışından çox kənarda olan əsl süni intellektə nəzarət etmək üçün bizim təhlil edə və ya idarə edə biləcəyimiz belə bir super zəkanın simulyasiyası tələb olunacaq. […]

Dünya

Conni Depp Daşkənd tamaşaçıları ilə söhbət etdi

Hollivud ulduzu Conni Depp prodüser rolunda çıxış etdiyi “Minamata” dramının təqdimat mərasimində özbək tamaşaçıları ilə videobağlantı vasitəsilə danışıb. Film Özbəkistanın paytaxtı Daşkənddə yerləşən Kinematoqrafçılar Evinin kiçik zalında nümayiş etdirilib. Təqdimatın sonunda Depp və “Minamata”nın rejissoru Endryu Levitas tamaşaçılara film haqqında danışıb. Söhbət zamanı aktyor siqaret çəkib. Qeyd edək ki, Depp prodüserliklə yanaşı, filmdə aktyor kimi […]

İdman

Keçmiş “Barselona”lı müdafiəçidən antirekord: 9-cu saniyədə qırmızı kart aldı

“Nitsa”nın oyunçusu Jan Kler Todibo Liqa 1-də “Anjer”lə qarşılaşmanın ilk dəqiqəsində meydandan qovulub. Əvvəllər “Barselona”da çıxış edən müdafiəçisi oyunun doqquzuncu saniyəsində rəqibi Abdallah Simə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Bu, Fransa çempionatı tarixində ən erkən qovulma olub. Görüşün nəticəsinə gəlincə, “Anjer” 1:0 hesabı ilə qalib gəlib. Xeberal.az

Dünya

Fransa elektrik xətlərini İrlandiya ilə birləşdirəcək

Fransa hökuməti sentyabrın 18-də “Celtic Interconnector” adlı ilk Fransa-İrlandiya elektrik təchizatı xəttinin yaradılması layihəsini açıqlayıb. Məlumata görə, layihənin hazırda Fransanın elektrik şəbəkələrini idarə edən RTE və İrlandiyanın eyni funksiyanı yerinə yetirən “Eirgrid” şirkətlərinin birgə səyi nəticəsində reallaşdırılması nəzərdə tutulur. “Celtic Interconnector” xəttinin 2026-cı ildən fəaliyyətə başlaması planlaşdırılır. Layihə təşəbbüskarlarının fikrincə, təxminən 575 km-lik bu xətt […]

Dünya

Sudanda 130-dan çox insan daşqınların qurbanı olub

Sudanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb. Bu barədə bazar günü yerli təhlükəsizlik xidməti məlumat yayıb. Məlumata görə, təbii fəlakətdən daha azı 120 nəfər zərər çəkib. Qeyd edək ki, Sudanda may ayında başlayan leysan yağışları bütün şəhərləri su altında qoyaraq minlərlə insanı evlərini tərk etməyə məcbur edib. Mənbə: TASS Xeberal.az

Dünya

Qırğızıstanda Tacikistanla münaqişə nəticəsində ölənlərin sayı artıb

Tacikistanla sərhəddə baş verən qarşıdurmalarda həlak olan Qırğızıstan vətəndaşlarının sayı 59-a çatıb. Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb. “Əməliyyat məlumatlarına görə, daha 13 nəfərin cəsədi Batken vilayətinin səhiyyə müəssisələrinə daxil olub. Bölgədəki silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 59 nəfərdir”, – məlumatda bildirilib. Qeyd edək ki, qarşı tərəfin məlumatına görə, hərbi qarşıdurma nəticəsində 38 […]

Dünya

Konqoda 300 min dövlət qulluqçusu işdən çıxarılacaq

Konqo Demokratik Respublikasının prezidenti Feliks Çisekedi 4 min dövlət qulluqçusunun təqaüdə göndərilməsi barədə göstəriş verib. Bu barədə ölkənin baş nazirinin müavini, dövlət qulluğu, dövlət idarəçiliyində modernləşdirmə və innovasiyalar naziri Jan-Pyer Lihau Ebua məlumat verib. “Kadrların gəncləşdirilməsi prosesi davam edəcək. Hakimiyyətin hazırkı qərarının məqsədi bütün səviyyələrdə xidmət və administrasiyaların işinə yeni təkan vermək və kadrları yeniləməkdir”, […]