Dünya

London hava limanı II Elizabetin dəfn mərasiminə görə uçuşları ləğv edib

Londonun Hitrou hava limanı Britaniya kraliçası II Elizabetin dəfn mərasimi ilə üst-üstə düşən uçuşları ləğv edib. Bu, təyyarələrdən gələn səs-küyün monarxın dəfn mərasiminə mane olmaması üçün edilib. Məlumata görə, 100-dən çox reys ləğv edilib. Qeyd edək ki, II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Vestminsterdə keçiriləcək. Mənbə: rossaprimavera.ru Xeberal.az

Siyasət

Prezident İlham Əliyevlə ABŞ dövlət katibi arasında telefon danışığı olub

Sentyabrın 18-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin […]

Cəmiyyət

Masallıda fərdi evdə yanğın olub – FOTO

Masallı rayonunda yaşayış evində yanğın olub. “Report” xəbər verir ki, hadisə Qızılavar kəndində qeydə alınıb. Belə ki, kənd sakini Məmmədov Namiq Nadir oğluna məxsus ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə başlanan yanğın daha sonra ikinci mərtəbəyə də keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və üç […]

Dünya

İranda “SU-22” qırıcı təyyarəsi qəzaya uğrayıb

İranda “SU-22” qırıcı təyyarəsi qəzaya uğrayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinə məxsus təyyarə təlim uçuşu yerinə yetirərkən texniki nasazlıqla üzləşib və pilotların səyi ilə yaşayış olmayan əraziyə düşüb. Təyyarə yerə çırpıldıqdan sonra partlayıb. Pilot katapult edərək qəzadan sağ çıxıb. Mənbə: TASS Xeberal.az