Dünya

Hindistanda kənd sakinləri hər gün bir yerə toplaşaraq dövlət himnini oxuyurlar

Sharing is caring!

Hindistanın Maharaştra ştatının Qadçiroli rayonundakı Malçer kəndinin sakinləri günlərinə milli himni birlikdə oxumaqla başlayırlar.

Ştatın paytaxtı Mumbaydan 900 kilometr aralıda yerləşən Malçerdə 2500-ə yaxın insan yaşayır.

1992-ci ildə maoçular tərəfindən ilk hücuma məruz qalan yaşayış məntəqələrindən biri məhz Malçer olub. O vaxtdan bəri vətənpərvərlik hisslərini gücləndirmək üçün hər gün himnin oxunması təşəbbüsü ortaya çıxıb.

Kənd camaatı, o cümlədən dükan və digər ticarət obyektlərinin sahibləri, xırda ticarətçilər, polis əməkdaşları hər gün səhər saat 8.45-də toplaşaraq himni oxuyurlar.

Dövlət himni başlayanda insanlar harada olurlarsa olsunlar, maşınlarını saxlayırlar.

Polis nümayəndələrinin sözlərinə görə, bu, insanlara enerji verir, onlarda vətənpərvərlik hisslərini artırır.

Həmçinin, himnin birlikdə oxunması qardaşlıq hissini yüksəldir.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir