Dünya

Makron Zelenski ilə danışdı

Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Yelisey sarayının yaydığı məlumatda deyilir. Prezidentlər Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə ediblər. Yelisey Sarayından verilən məlumata görə, Makron döyüş meydanındakı vəziyyət və ölkəsinin qarşılaya biləcəyi ehtiyaclar barədə maraqlanıb. Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi işğal altında olan […]

Cəmiyyət

Oğuzda yük maşını velosipedçini vurub

Oğuz rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası olub. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford” markalı yük avtomobili qarşısına çıxan velosipedçini vurub. Qəza nəticəsində velosipedi idarə edən oğlan aldığı ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla […]

Siyasət

Bakıda “Şam festivalı” keçirilib – FOTO

Yaponiyanın Azərbaycandakı səfirliyi Bakının mərkəzində “Şam festivalı” keçirib “Report” xəbər verir ki, festival Yaponiya ilə Azərbaycan arasında dostluq İli çərçivəsində qeyd olunur və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub. Festivala Nara prefekturasından (Yaponiya) 3 mütəxəssis dəvət olunub. Prefekturanın özündə bu festival 1999-cu ildən keçirilir və 10 gün davam edir, ziyarətçilərin sayı 90 […]

İdman

“Neftçi”dən əzmkar qələbə – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib. “Report”un məlumatına görə, “Neftçi” Qəbələdə eyniadlı komandanın qonağı olub. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. İlk qolu 31-ci dəqiqədə meydan sahiblərindən Ramon Maçado vurub. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan […]

Dünya

Nur-Sultan yenidən Astana olur: Nazarbayev kultunun ləğvi prosesi başlayır? – TƏHLİL

Qazaxıstan hakimiyyəti ölkə paytaxtının keçmiş adının qaytarılması prosesinə start verib. Nur-Sultan adının Astanaya dəyişdirilməsi təklifi ilə parlamentin aşağı palatasının “Yeni Qazaxıstan” deputat qrupu çıxış edib. Onlar qeyd ediblər ki, hazırda həyatda olan insanın şərəfinə ad qoyulması yanlışdır. Bununla da Nazarbayev kultunun ləğvi prosesinin davamına start verilib. Bununla bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb. Deputatların müraciətində […]

İdman

“Leypziq” “Borussiya”nı darmadağın etdi, “Bavariya”ya son dəqiqə şoku – VİDEO

Almaniya Bundesliqasında VI tur davam edir. Oxu.Az xəbər verir ki, turun maraqlı oyunlarından biri Münhendə keçirilib. “Bavariya” “Ştutqart”ı qəbul edib. Oyunun gedişatında 2 top fərqi ilə öndə olan meydan sahibləri qonaqların son dəqiqə qoluna əngəl ola bilməyiblər və yekunda bir xala qane olublar – 2:2. “Volfsburq” Frankfurtda “Ayntraxt”a qalib gəlib – 1:0. “Herta” – “Bayer” […]

İdman

Zabit Səmədovun vida döyüş gecəsinə start verilib: Bir kikboksçumuz qalib gəldi, biri uduzdu – FOTO

Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib. “Report”un məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın “Mix Fight Championship” təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 60 kq çəki dərəcəsində kikboksçular çıxıb. Mixel Olenski (Niderland) Osmanova (Azərbaycan) 3 raundun yekununda qalib gəlib. Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq […]

Dünya

Konsert zamanı faciə: Gənc qız rəqs zamanı öldü – VİDEO

Hindistanda konsert proqramı zamanı faciə yaşanıb. Belə ki, 20 yaşlı rəqqasə tamaşaçılar qarşısında çıxışı zamanı ürəktutmadan dünyasını dəyişib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb. Məlumata görə, Yoqeş Qupta yerə yıxılanda tamaşaçılar bunu rəqsin elementi sayıblar, çünki o, hərəkətinə davam edib (ehtimal ki, kömək istəmək üçün ayağa qalxmağa çalışıb). Ancaq aparıcı musiqini dayandırmağı xahiş edəndə hamı məsələnin […]

Cəmiyyət

Cəlilabadda istehsalat sexi yanıb

Cəlilabadda yanğın hadisəsi baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, yanğın Cavad xan küçəsində yerləşən 1982-ci il təvəllüdlü Rauf Məmmədova məxsus birmərtəbəli günəbaxan tumlarının istehsalı sexində qeydə alınıb. Yanğın hadisə yerinə cəlb olunan Cəlilabad rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və əməkdaşları tərəfindən söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi 360 kvadratmetr olan sexin yanar konstruksiyaları və içərisində […]