Dünya

Konsert zamanı faciə: Gənc qız rəqs zamanı öldü – VİDEO

Sharing is caring!

Hindistanda konsert proqramı zamanı faciə yaşanıb. Belə ki, 20 yaşlı rəqqasə tamaşaçılar qarşısında çıxışı zamanı ürəktutmadan dünyasını dəyişib.

Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Yoqeş Qupta yerə yıxılanda tamaşaçılar bunu rəqsin elementi sayıblar, çünki o, hərəkətinə davam edib (ehtimal ki, kömək istəmək üçün ayağa qalxmağa çalışıb).

Ancaq aparıcı musiqini dayandırmağı xahiş edəndə hamı məsələnin ciddiyyətini anlayıb.

Gənc qadın dərhal xəstəxanaya aparılıb, ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: “Lenta dna” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir