İqtisadiyyat

Araz Vadisi İqtisadi Zonasında yeni rezident: 12 milyon manata yaxın investisiya və 60 daimi iş yeri – FOTO

Sharing is caring!


“Eos Qrup” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabındakı paylaşımında qeyd edib.

Bildirilib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində fibrobeton və polistirolbeton blokların istehsalı müəssisəsi yaradılacaq.

“İnvestisiya dəyəri 11,9 milyon manat olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə nazir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir