Cəmiyyət

Oğuzda yük maşını velosipedçini vurub

Sharing is caring!

Oğuz rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı yük avtomobili qarşısına çıxan velosipedçini vurub. Qəza nəticəsində velosipedi idarə edən oğlan aldığı ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir