Cəmiyyət

Biləsuvar sakini aptekdə iynə vurdurduqdan sonra qəfil vəfat edib

Biləsuvar rayon sakini qəflətən vəfat edib. “Report”un Muğan bürosunun məlumatına görə, rayonun Xırmandalı kənd sakini, 1990-ci il təvəllüdlü Muxtarov Niyaməddin Musa oğlu ürəyində olan ağrılarla əlaqədar aptekə yaxınlaşıb. Şahidlərin sözlərinə görə, bu zaman ona iynə vurulub. Küçəyə çıxan N.Muxtarov qəflətən yerə yıxılıb. Daha sonra onun öldüyü məlum olub. Onun meyiti müayinə olunması üçün rayon morquna […]

İdman

Azarkeş infarkt keçirdi, “Barsa”nın matçı dayandırıldı – FOTO

“Kadis” – “Barselona” matçında 20 dəqiqədən çox fasilə yaranıb. Buna tribunadakı azarkeşi halının pisləşməsi səbəb olub. “Kadis”in qapıçısı Ledesma tibbi ləvazimat qutusunu tribunalara ötürmək üçün yan xəttə qaçıb. Fanatı ayıltmaq üçün defibrilyatordan istifadə edilib. Məlumata görə, azarkeş infarkt keçirib. Mənbə: sports.ru Xeberal.az

Cəmiyyət

Neftçalada avtomobil yanıb

Neftçalada minik avtomobili yanıb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Astanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Neftçala şəhər sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ədalət Qəhrəman oğlu idarə etdiyi “Daevo Nexia” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yanmağa başlayıb. Yaxınlıqdakı adamların köməyi ilə yanğın söndürülüb. Buna baxmayaraq, avtomobil […]

Cəmiyyət

Goranboyda 23 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy şəhər ərazisində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən, 1999-cu il təvəllüdlü Ələddin Hadiyevi avtomobil vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

İdman

PSJ bir qol vurub üç xal qazandı – VİDEO

Fransa Liqa-1-də VII tur davam edir. Oxu.Az xəbər verir ki, tur çərçivəsində PSJ öz meydanında “Brest”lə qarşılaşıb. Görüş parislilərin minimalhesablı qələbəsi ilə başa çatıb. Matçın 30-cu dəqiqəsində Neymar Messinin ötürməsini məntiqi sonluğa çatdırıb. Bu qələbə ilə xallarının sayını 19-a çatdıran PSJ turnir cədvəlində liderdir. Xeberal.az

İdman

İtaliya Qran Prisinin təsnifat mərhələsi: “Ferrari” doğma meydanda ilk sırada olacaq

Monzada “Formula 1”in 2022-ci il mövsümünün 16-cı mərhələsi olan İtaliya Qran Prisinin təsnifat mərhələsi başa çatıb. İlk yeri “Ferrari” komandasının pilotu Çarlz Lekler qazanıb. “Red Bull” komandasının pilotu Maks Verstappen ikinci, “Ferrari”nin digər sürücüsü Karlos Sayns isə üçüncü olub. Onların arxasında start mövqeyində Serxio Peres (“Red Bull”) və Lüis Hemilton (“Mercedes”) qərarlaşıb. Qeyd edək ki, […]

Cəmiyyət

Göz dağına çevrilən, işləməyən eskalatorlar – FOTOREPORTAJ

Bakının yol qovşaqlarındakı bəzi yeraltı piyada keçidləri şəhər sakinlərinə, xüsusən də hərəkət məhdudiyyəti olanlara, yaşlı vətəndaşlara böyük çətinliklər yaşadır. Belə ki, Nəsimi rayonu Füzuli küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki yeraltı keçidin prospektin əks hərəkət istiqamətinə çıxışında quraşdırılan eskalator uzun müddətdir işlək vəziyyətdə deyil. Burada hündürlük yüksək olduğundan eskalatorun pilləkənləri arasındakı məsafə də adi pillələrlə müqayisədə […]

Siyasət

Yunanıstan azərbaycanlıların olduğu gəmiyə atəş açıb

Yunanıstan Sahil Mühafizəsi Bozcaadada göyərtəsində azərbaycanlıların olduğu gəmiyə atəş açıb. Komor adaları bayrağı altında Çanaqqala sahillərində beynəlxalq sularda üzən “Anatolian” adlı gəmiyə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib. Beynəlxalq hüquq normalarına məhəl qoyulmadan açılan təqib atəşindən sonra gəmidə olan 18 nəfər arasında hər hansı itki və yaralananın olmadığı müəyyən […]

Cəmiyyət

Salyanda avtomobil təmiri sexində yanğın olub

Salyan rayonunda avtomobil təmiri sexində yanğın olub. Bu barədə FHN məlumat yayıb. Bildirilib ki, rayonun Qarabağlı kəndində ümumi sahəsi 270 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) tavanı 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az