Dünya

Alimlər: “Koronavirusun mənbəyi yarasalar deyil”

İsrail alimləri pandemiyanın mənbəyinin heyvanlar olduğuna dair heç bir dəlil tapmayıblar. Belə ki, Təl-Əviv Universiteti alimlərinin apardığı araşdırmanın nəticələrindən belə nəticə çıxır ki, koronavirus yarasalardan yaranmayıb. “Hərtərəfli araşdırmamız yarasaların COVID-19 epidemiyasının mənbəyi olması ehtimalına dair ciddi şübhələr yaradır”, – deyə tədqiqat rəhbəri doktor Mariya Vaynberq bildirib. Mütəxəssislərin fikrincə, yarasaların effektiv immun sistemi var. Bu, onlara […]

Dünya

Qışda evlərini qızdıracaq isveçrəliləri həbs gözləyir

Bu qış ölkədə qaz çatışmazlığı şəraitində evlərini 19 dərəcədən yuxarı qızdıraraq hökumətin göstərişlərini pozan İsveçrəliləri cərimə və üç ilə qədər həbs cəzası gözləyir. Bunu ölkənin iqtisadiyyat nazirliyinin sözçüsü Markus Spurndli təsdiqləyib. “Bir ölkənin təchizat qanununun pozulması həmişə cinayətdir və standart olaraq kantonlar tərəfindən mühakimə edilməlidir”, –  deyə o, jurnalistlərə izah edib. Qaydaların qəsdən pozulması halında […]

Dünya

Türkiyədə serialın çəkiliş meydançasında yanğın baş verdi: Film gerçək oldu – VİDEO

Türkiyədə ssenari müəllifi və baş rol ifaçısı müğənni Aydın Aydın olan “Tırpankeş” filminin çəkiliş meydançasında yanğın baş verib. Filmdə canlandırılan yanğın səhnəsi həqiqi yanğına çevrilib. Hadisənin qarşısını almaq mümkün olmadıqda böyük panika yaşanıb. Serialda pandemiya dövründə kəndlərini tərk edib şəhərə köçən və sonra evlərinə geri dönən insanların həyatından bəhs edilir. Kəndlilərin yaşadığı çətinliklər və bu […]

Dünya

Braziliyada enerji adapteri olmadan “iPhone” satışı qadağan edildi

Braziliya Ədliyyə Nazirliyi enerji adapteri olmayan “iPhone” telefonlarının satışını dayandırıb. Bundan əlavə, hökumət “Apple” şirkətini 2,3 milyon dollar məbləğində cərimələyib. “İPhone 12” də daxil olmaqla yeni “iPhone”lar ölkədə qeydiyyatdan keçməyəcək. Əgər yaxın zamanda bununla bağlı vəziyyəti düzəlməsə, şirkətə əlavə gündəlik cərimələrin tətbiq oluna biləcəyi bildirilir. Mənbə: iPhones.ru Xeberal.az

MARAQLI

Müəllifi “Taxt-Tac Oyunları”nda narazı qaldığı səhnələrdən danışdı – FOTO

“Buz və alovun nəğməsi” (“A Song of Ice and Fire”) kitabının müəllifi Corc R.R.Martin əsəri əsasında çəkilmiş “Taxt-Tac Oyunları” serialından iki səhnəni bəyənmədiyini etiraf edib. Onun sözlərinə görə, serialın səkkiz mövsümündə ən sevmədiyi kadr kral Robert Barateonun ova çıxma səhnəsidir. “Dörd nəfər nizə ilə meşədə piyada gəzir. Kitabdan öyrənirik ki, Robert ova gedir, qaban onu yaralayır, […]

Dünya

Liz Trasla danışan ilk prezident Zelenski oldu: Baş nazirin tezliklə Ukraynaya səfəri gözlənilir

Böyük Britaniyanın yeni baş naziri Liz Trass Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və onu əmin edib ki, Kiyev Londonun tam dəstəyinə, uzunmüddətli köməyinə arxalana bilər. Bu barədə Britaniya baş nazirinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iki ölkə liderləri qlobal təhlükəsizliyin gücləndirilməsinin zəruriliyini və Rusiyanın gəlirlərini azaltmaq üçün tədbirləri müzakirə ediblər. Trass […]

Cəmiyyət

Masallıda DƏHŞƏT: Ana və iki övladı yanaraq öldü

Masallıda ölümlə nəticələnən yanğın hadisəsi olub. “Report”un məlumatına görə, hadisə rayonun Hüseynhacılı kəndində baş verib. Belə ki, yaşayış evində baş verən hadisə nəticəsində ana və iki övladı yanaraq ölüb. Onların şəxsiyyətləri dəqiqləşdirilir. Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

“Bəxt üzüyü”nün “Seda”sı ölümündən 22 gün sonra ABŞ-da dəfn olundu

Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova dəfn edilib.  “Qafqazinfo” xəbər verir ki, sənətçi Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn olunub. Qeyd edək ki, Firəngiz Rəhimbəyova ölümündən bir neçə gün əvvəl 62-ci yaşını qeyd edib.  F.Rəhimbəyova 1958-ci ilin avqust 5-i Bakıda anadan olub. “Bəxt üzüyü” filmində Seda […]

Dünya

“Bay Yanlış” ən yaxşı beynəlxalq aktyor seçildi – FOTO

Türkiyəli aktyor Can Yaman 79-cu Venesiya Film Festivalında “Ən yaxşı beynəlxalq aktyor” mükafatına layiq görülüb. Aktyorluq karyerasını İtaliyada davam etdirən Can Yaman yeni serialın çəkilişlərinə hazırlaşır. O, çəkilişləri Macarıstanda baş tutacaq “El Turco” adlı yeni serial üçün tezliklə kamera qarşısına keçəcək. Can Yaman bu il 79-cu Venesiya Film Festivalına da qatılıb. 32 yaşlı aktyor sentyabrın […]

Dünya

Konqoda körpü açılış mərasimində uçdu – VİDEO

Konqoda açılış mərasimi zamanı piyada körpüsü uçub. Qırmızı lenti kəsən an qonaqların ağırlığı altında körpü dağılıb. Körpü dağılan zaman yerli sakinlər qonaqların kənara çıxmalarına kömək ediblər. Körpünün hündürlüyü iki metrə yaxın olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin başqa təfərrüatları qeyd olunmur. Mənbə: Mandy News Xeberal.az