Cəmiyyət

Masallıda ana və iki övladının öldüyü yanğının TƏFƏRRÜATI

Masallının Hüseynhacılı kəndində evdə baş verən yanğının təfərrüatı məlum olub. “Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Alim İbad oğlu Kəlbiyevə məxsus ikimərtəbəli, ümumi sahəsi 300 kvadratmetr olan yaşayış evində qeydə alınıb. Hadisə zamanı 38 yaşlı Gülnaz Kəlbiyeva, 11 yaşlı oğlu Elbrus Kəlbizadə və 10 yaşlı oğlu Elviz Kəlbizadə yanaraq […]

Dünya

Moldova Azərbaycanla uzunmüddətli qaz tədarükünə dair saziş imzalamaq istəyir

“Hökumət fövqəladə hallara hazırlaşır. Hazırda biz Rumıniya və Azərbaycanla qaz tədarükünə dair uzunmüddətli müqavilə bağlamaq üçün danışıqlar aparırıq”. “Report” xəbər verir ki, bunu Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu deyib. Spinunun sözlərinə görə, Moldova Avropa Elektrik Ötürücü Operatorlar Şəbəkəsinə (Entso-E) qoşulub. Bu, Rumıniyada və ya digər Aİ ölkələrində çox yüksək […]

Cəmiyyət

Polkovnik Elnur Məmmədov həbs oluna bilər

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elnur Məmmədov məhkəməlik olub. “Qafqazinfo”nun məlumatına görə, o, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur.  Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəy Allahverdiyev sədrlik edəcək. Polkovnik Məmmədovun təqsiri sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək […]

Cəmiyyət

DTX və DSX İran sərhədində əməliyyat keçirdi: Saxlanılan var – FOTO

Sentyabr ayının 4-də saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxın­lığın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı bir nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək, havaya xəbərdarlıq […]

Cəmiyyət

Azərbaycanda DƏHŞƏT: 13 yaşlı qız ana oldu

Azərbaycanda 13 yaşlı qız ana olub.  Oxu.Az-ın məlumatına görə, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.  O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib: “Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir”. K.Ağazadə qeyd edib ki, qız təcavüzə məruz […]

Cəmiyyət

Ağalıya əhalinin köçürülməsinin ikinci mərhələsi başlayıb

Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılıb. “Report” xəbər verir ki, rayonun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürülür. On iki ailədən ibarət birinci köç karvanı sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb. Digər 13 ailə isə ikinci köç […]

Müharibə

Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimiz yenidən atəşə tutulub – RƏSMİ

Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan […]

Dünya

Kişilər haqqındakı kitaba görə qadınlar arasında dava düşdü – VİDEO

Moskva kitabxanalarının birində iki qadın oxucu arasında dava düşüb. İnsidentə müəssisənin psixologiya bölməsində satılan kitablardan biri olub. Alıcılardan biri kişilər barəsindəki kitabın son iki nüsxəsini götürüb. Digər qadın isə xanımdan kitabın birini ona verməsini xahiş edib və rədd cavabı aldıqdan sonra tərəflər arasındakı mübahisə münaqişəyə çevrilib. Yumruq və təpiklərin işə düşdüyü davada güzəştə gedən olmayıb. […]

Dünya

Conni Depp və Ember Hördün məhkəməsi barədə sənədli film çəkilir

ABŞ-ın “Discovery+” striminq xidmətində aktyorlar Conni Depp və Ember Hördün məhkəmə işindən bəhs edən film nümayiş olunacaq. Layihə iki hissəli sənədli film kimi təqdim ediləcək. Film “Conni Amberə qarşı: ABŞ-da məhkəmə” adlanır. Filmdə işlə bağlı materiallar, həmçinin Deppin vəkili ilə müsahibə yer alır. Sənədli filmin ilk epizodu 16 sentyabrda yayımlanacaq. Qeyd edək ki, iyunun 1-də […]