Cəmiyyət

Ukraynada daha iki azərbaycanlı həlak olub – FOTO

Ukraynanın Çerniqov şəhərində bir müddət əvvəl Rusiya ordusu tərəfindən atılan raket zərbələri nəticəsində yanaraq kül olan bir qrup şəhər sakinin DNT analizinin nəticəsi məlum olub. Çerniqov Birləşmiş Azərbaycanlıları Konqresinin sədri İskəndər Vəliyev “Report”un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, şəhərin ərazi müdafiə qüvvələrinin üzvü olan, 1966-cı il təvəllüdlü Əsgərov Fəzail İsa oğlunun yanmış nəşini bu […]

Cəmiyyət

Maşınların baqajlarının yoxlanılması qanunidir? – VİDEO

Bəzi obyektlərin qarajlarında və dayanacaqlarda avtomobillərin baqajları yoxlanılır.  Əksər vaxtlarda bunun təhlükəsizlik məqsədi ilə edildiyi deyilir. Lakin, qanun şəxsin razılığı olmadan onun mülkiyyətinə baxış keçirilməsinə icazə vermir.  Hüquqşünas Emil Aslanov bildirib ki, şəxsin özəl mülkiyyəti toxunulmazdır, onun heç bir icazəsi olmadan avtomobilinin hansısa hissəsinə baxış keçirilə bilməz.  Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İdman

İslamiada: Azərbaycanın kişi idman gimnastları yarışı dörd medalla başa vurub – YENİLƏNİB

Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında daha bir medal qazanıb. “Report”un Konyaya ezam olunmuş müxbiri xəbər verir ki, 26 yaşlı idmançı turnikdə hərəkətlərdə 3-cü yeri tutub. Bununla da Azərbaycan təmsilçiləri İslamiadanın kişi idman gimnastikası üzrə yarışlarını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar. 21:10 Azərbaycanın […]

Dünya

Rusiyalıların iqtisadiyyata inamı sıfıra düşüb

“Romir” holdinqinin avqustun 1-dən 7-dək apardığı araşdırmanın nəticələrinə görə, Rusiya vətəndaşlarının iqtisadi etimad indeksi sıfıra düşüb. Hazırkı göstərici bir həftə əvvəl qeydə alınan rəqəmdən 7 bənd aşağıdır. Eyni zamanda, insanların demək olar ki, yarısı bir il və ya daha çox müddətdə ölkədə iqtisadi vəziyyətin sabitləşəcəyinə inanır. Mənfi dinamika əhalinin müxtəlif kateqoriyalarında müşahidə olunur. Tədqiqat əhalisi […]

Dünya

Çavuşoğlu: “Finlandiya və İsveç terrorçularla bağlı öhdəliklərini hələ də yerinə yetirməyib”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiya Ankaranın NATO-ya daxil olması ilə bağlı etirazlarını aradan qaldırmaq üçün üzərinə götürdükləri öhdəlikləri hələ də yerinə yetirməyib. Nazirin sözlərinə görə, Skandinaviya ölkələri Türkiyə ilə razılaşmalar üzrə hələlik konkret addımlar atmayıb. Çavuşoğlu qeyd edib ki, bu problemin müzakirəsi üçün üç ölkənin birgə komitəsinin ilk iclası […]

Cəmiyyət

Şirvanda qəza ölümlə nəticələnib

Şirvanda baş verən qəzada bir nəfər ölüb. APA xəbər verir ki, hadisə Şirvan şəhəri dəmir yolu stasiyasının çeşidləmə məntəqəsində baş verib. “VAZ-2106” markalı avtomobilin aşması nəticəsində Şirvan rayon sakini, 2007-ci il təvəllüdlü Həsənov Emin Elvin oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Mariya Ovsyannikova ev dustaqlığına göndərildi – VİDEO

Cümə axşamı Moskvanın Basmannı məhkəməsi Birinci Kanalın keçmiş redaktoru Marina Ovsyannikovanı Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda ittiham edərək ev dustaqlığına göndərib. “Məhkəmə istintaqın vəsatətini təmin edib və Ovsyannikova M.V. barəsində oktyabrın 9-dək ev dustaqlığı qətimkan tədbiri seçilib”, – məhkəmədən bildirilib. Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə ittiham olunur. Onu […]

İdman

Konfrans Liqası: “Rapid” – “Neftçi” matçında heyətlər AÇIQLANDI

Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Rapid” (Vyana) və “Neftçi”nin start heyətləri açıqlanıb. “Report”un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq: “Rapid”: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 7. Nikolas Gerrit-Kün, 9. Qvido Burqştaller, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 22. Martin Kostselnik, 24. Patrik Qrayl, […]

Dünya

Hindistanda qayıq aşıb: 20 nəfər ölüb

Hindistanın mərkəzi Uttar Pradeş ştatında Yamuna çayında sərnişinləri daşıyan qayığın batması nəticəsində azı 20 nəfər ölüb. Qəza zamanı qayıqda 30-a yaxın adam olub. Hadisə yerində xilasetmə əməliyyatı aparılıb. Hindistanın Fövqəladə Hallar Xidmətindən bildirilib ki, faciə qurbanlarının sayı arta bilər. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri Fuad Əsgərov vəzifəsindən azad edilib. Bizim.Media quruma istinadən xəbər verir ki, Əsgərov Fuad Cavanşir oğlu ilə bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdən xitam verilib. İnsan resursları sektorunun müdiri vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq BŞTİ-nin əməkdaşına həvalə edilib. Xeberal.az