Cəmiyyət

Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Şəmkir şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report” xəbər verir ki, şəhər ərazisində 2 avtomobil toqquşub. Hadisə nəticəsində 2009-cu il təvəllüdlü H.Məmmədov və 1979-cu il təvəllüdlü S.Abdullayev xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Dünya

ABŞ-da “alov burulğanı” əmələ gəldi

ABŞ-ın Kaliforniya ştatında “alov burulğanı” əmələ gəlib. Həmin anlar kameraya əks olunub. Kaliforniyanın Qorman bölgəsində meşə yanğınları baş verib. Temperaturun yüksəlməsi və küləklərin artması yanğını sürətləndirib. İsti və quru havanın alova təsiri “alov burulğanı” əmələ gətirib. Bölgədə 200-dən çox yanğınsöndürən çalışır. Mənbə: TRT Haber Xeberal.az

İdman

Konfrans Liqası: “Neftçi”nin potensial rəqibi bəlli olub

“Neftçi”nin UEFA Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub. “Report” xəbər verir ki, “ağ-qaralar” III təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını mübarizədən kənarlaşdırsa, növbəti raundda Lixtenşteynin “Vaduts” klubu ilə üz-üzə gələcək. Lixtenşteyn təmsilçisi evdəki ilk matçda 1:1 hesablı heç-heçə etdiyi “Konyaspor”u Türkiyədə üstələyib – 4:2. Qeyd edək ki, “Neftçi” hazırda Avstriyada “Rapid”lə üz-üzə gəlir və görüşdə […]

Cəmiyyət

Bu gün dənizdə çimən altı nəfər batma təhlükəsi ilə üzləşib

Bu gün 6 nəfər “Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşənlər xilas olunub. Xeberal.az

İdman

V İslam Həmrəyliyi Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib – FOTO

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları zamanı “Azərbaycan günü” keçirilib. “Report”un Konyaya ezam olunan əməkdaşı xəbər verir ki, Atletlər Kəndində təşkil olunan tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, gənclər və idman nazirinin […]

Dünya

ABŞ Dövlət Departamenti İran PUA-larının Rusiyaya tədarükünü şərh edib

ABŞ Dövlət Departamenti İranın Rusiyaya PUA tədarükü barədə yayılan xəbərlərə münasibət bildirib. Qurumdan verilən açıqlamada Tehranın Moskvaya öz dronlarını verəcəyi təqdirdə hər iki ölkəyə qarşı yeni sanksiyaların tətbiq olunacağı bildirilib. Qeyd edək ki, bu yaxınlarda dünya mediasında Rusiya hərbçilərinin İran istehsalı “Şahed-191” və “Şahed-129” zərbə PUA-ları ilə təlimlərə başladıqları haqda məlumatlar dərc olunub. Mənbə: TASS […]

İdman

İslamiada: Azərbaycanın həndbol yığması yarımfinala yüksəlib

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb. “Report”un Konyaya ezam olunmuş əməkdaşının məlumatına görə, yığma B qrupundakı sonuncu matçında İran seçməsi ilə qarşılaşıb. Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 27:16 hesablı qalibiyyəti ilə başa çatıb. Bu nəticədən sonra qrup qalibi olan […]

Cəmiyyət

Zaqatalada yük avtomobilinin sürücüsü qəzada ölüb

Zaqatalada maşın vuran yük avtomobili sürücüsü hadisə yerində ölüb. APA xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Şəxsiyyəti hələlik müəyyən edilməyən kişini minik avtomobili vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Ölən şəxsin yük avtomobilinin sürücüsü olduğu bildirilir. Meyit […]

Cəmiyyət

İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 3-də Ermənistanın qanunsuz silahlı qüvvələrinin bir Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən təxribatını pisləyib. “Report”un xəbərinə görə, İƏT bununla bağlı yaydığı bəyanatda Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da əldə olunmuş razılaşmaya əsasən, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırıb. […]

Cəmiyyət

İslamiada: Azərbaycanın daha bir atleti medal qazanıb

Azərbaycan atleti Yekaterina Sariyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. “Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı üçtəkanla tullanmada 14,12 metr nəticə ilə 3-cü yeri tutub. Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər atleti Aleksis Kopello bu növdə gümüş medal əldə etmişdi. Xeberal.az