İdman

Konfrans Liqası: “Neftçi”nin potensial rəqibi bəlli olub

Sharing is caring!

“Neftçi”nin UEFA Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub.

“Report” xəbər verir ki, “ağ-qaralar” III təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını mübarizədən kənarlaşdırsa, növbəti raundda Lixtenşteynin “Vaduts” klubu ilə üz-üzə gələcək.

Lixtenşteyn təmsilçisi evdəki ilk matçda 1:1 hesablı heç-heçə etdiyi “Konyaspor”u Türkiyədə üstələyib – 4:2.

Qeyd edək ki, “Neftçi” hazırda Avstriyada “Rapid”lə üz-üzə gəlir və görüşdə hesab açılmayıb. Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir