İdman

Afrikada Super Liqa yaradılır

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe Afrika futbolunda inqilab edəcək 24 klubdan ibarət Afrika Super Liqasının yaradıldığını elan edib. Yeni liqa indiki Afrika Çempionlar Liqasından beş dəfə böyük olan 100 milyon dollarlıq mükafat fondu təklif edəcək. Həmçinin, yarışın ilk mövsümündə hər bir klub turnirə hazırlıq və iştirak üçün maliyyə yardımı olaraq başlanğıcda 2,5 milyon […]

Dünya

ABŞ konqresmenlərinə “TikTok” xəbərdarlığı

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri kibertəhlükəsizlik üzrə ekspertlərdən “TikTok” sosial şəbəkəsindəki təhlükəsizlik və məxfilik problemləri ilə əlaqədar xəbərdarlıq alıblar. Konqresmenlərə bildirilib ki, Kibertəhlükəsizlik Təşkilatı şəffaflıq və istifadəçi məxfiliyinin qorunması ilə bağlı problemlərə görə Çin sosial şəbəkəsiı “TikTok”u təhlükəli və arzuolunmaz proqram hesab edir. “Təhlükəsizlik və məxfilik baxımından bu proqramın quraşdırılmasını və istifadəsini tövsiyə etmirik”, – […]

Dünya

Alçaqdan uçan təyyarə turistləri qorxutdu – VİDEO

Yunanıstanda “Wizz Air” şirkətinə məxsus təyyarə eniş zamanı istirahət edənlərin başları üzərindən uçub. Hadisə Skiatos adasındakı Aleksandros Papadiamantis hava limanı yaxınlığında baş verib. Turistlərdən ibarət bir neçə qrup təyyarənin enişini kameraya çəkmək üçün dəniz sahilinə toplaşıb və deyəsən, bunu görən pilot onları qorxutmaq qərarına gəlib. Mənbə: lenta.ru Xeberal.az

Mədəniyyət

Conni Depp boşanma qalmaqalından sonra ilk filmə çəkilir – FOTO/VİDEO

Sosial şəbəkədə Conni Deppin boşanma qalmaqalı başlanandan bəri çəkildiyi ilk filmdən kadrlar yayılıb. Məlumata görə o, rejissor Mayvenn Le Beskonun çəkdiyi “La Favorite” (“Favorit qız”) filmində kral XV Lüdovik rolunda oynayacaq. Tarixi dram Kral XV Lüdovikin sonuncu məşuqəsi, fəhlə sinfindən olan və sosial nərdivanı dırmaşmaq üçün zəka və cazibəsindən istifadə edən Janna Dübarrinin həyatından bəhs […]

Dünya

Türkiyədə üzərindən yük maşını keçən uşaq möcüzəvi şəkildə sağ qaldı – ANBAAN VİDEO

Türkiyənin Batman şəhərində küçədə oynayan uşağın üzərindən yük maşını keçib. Beş yaşlı uşaq avtomobilin altına düşsə də, möcüzəvi şəkildə sağ qalıb. Müşahidə kameralarına əks olunan görüntülərdə uşaq hərəkətdə olan maşının önünə atılır və yük avtomobili keçəndən sonra heç nə olmamış kimi ayağa qalxır. Mənbə: DHA Xeberal.az

MARAQLI

Supernova ulduzunun partlayışdan sonrakı qalığının şəkli yayımlandı – FOTO

Avstraliyanın “Setonix” superkompüteri ASKAP radioteleskopunun məlumatları əsasında 24 saat ərzində supernova (ifrat yeni ulduz) partlayışının təsvirini bərpa edib. Astrofiziklərin təqdim etdikləri fotoşəkildə Yerdən 10-15 min işıq ili məsafəsində yerləşən G261.9+5.5 supernovanın qalıqları əks olunub. Şəkildə partlayışın baş verdiyi sahə və onun ətrafı maksimum təfərrüatı ilə görünür. Astrofiziklər ümid edirlər ki, bu məlumatlar partlayışın yaşı, ölçüsü və […]

Dünya

Dünyanın ən zəngin iş adamlarından biri boşandı – FOTO

“Fox News” və bir sıra böyük media qurumlarının sahibi olan milyarder Rupert Merdok altı illik evlilikdən sonra supermodel Cerri Holldan rəsmən boşanıb. “Onlar yaxşı dost olaraq qalırlar və bir-birlərinə gələcək üçün ən yaxşısını arzulayırlar”, – deyə cütlüyün nümayəndələri mediaya bildiriblər. Qeyd edək ki, supermodelin dünyanın ən zəngin iş adamlarından birindən ayrılmaq istədiyi barədə ilk dəfə iyulun […]

Dünya

Afrika ölkəsində qadının evlənmə təklifinə “yox” deyən kişi cərimələnəcək – FOTO

Çadın Manqalma subprefekturasında evlilik təklifindən imtina edən sakinlər “amçilini” adlanan cəriməni ödəməlidirlər. Bu barədə yerli İslam Ali Şurası qərar verib. Yeni qaydalardan birinə əsasən, qadın kişidən onunla evlənməyi xahiş edə bilər. Kişi razılaşarsa, 35 min Mərkəzi Afrika frankı (təxminən 93 manat), imtina edərsə 100 000 frank (265 manat) məbləğində sabit rüsum ödəməlidir. Əksinə, evlilik təklifindən qadın […]

Dünya

Türkiyəli məşhurların tətil görüntüləri – FOTO

Türkiyənin kino, televiziya və musiqi dünyasının tanınmış simalarının tətil fotoları yayılıb. Bəzi məşhurlar Egey və Aralıq dənizi körfəzlərində dənizdən və Günəşdən həzz alsalar da, digərləri xaricə getməyə üstünlük veriblər. Rəngarəng tətil görüntülərini təqdim edirik: Aktrisa Türkü Turan   Aparıcı Özlem Yıldız     Aktrisa Selin Şekerci 1995-ci il Türkiyə gözəli Demet Şener Aktrisa Hazal Filiz […]