Siyasət

Kanada XİN: Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqliyimizi bəyan edirik

Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. “Report” xəbər verir ki, bu, Kanada xarici işlər nazirinin ölkənin Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı bəyanatında yer alıb. “Bu gün Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun mühüm hissəsini təşkil edən fəal Azərbaycan icması da daxil olmaqla, insanlar arasında xoş əlaqələrə əsaslanan münasibətlərin, Azərbaycan ilə […]

Cəmiyyət

Qurumuş ağac yaşayış binasının üstünə aşıb – VİDEO

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində qurumuş ağac yaşayış binasının üzərinə aşıb.  Hadisə nəticəsində binanın ikinci mərtəbəsindəki mənzilin pəncərəsi qırılıb. Bina sakinləri qorxu içərisindədir.  Sakinlərin sözlərinə görə, qəsəbə ərazisində bu kimi təhlükəli ağacların sayı təqribən 100-ə qədərdir. Bu isə təhlükə ilə üz-üzə qalmaq deməkdir.  Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İdman

Renat Dadaşov İsveçrə klubunda növbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi İsveçrənin “Qrasshopper” klubunda 2-ci qolunu vurub. “Report” xəbər verir ki, 23 yaşlı hücumçu səfərdə “Lütsern”ə qarşı keçirilən İsveçrə Super Liqasının I turundan təxirə salınmış oyunda fərqlənib. 38-ci dəqiqədə rəqib qapısına yol tapan forvard komandasının bərabərlik qolunun müəllifi olub. Qeyd edək ki, hazırda qarşılaşma davam edir. İlk hissədən sonra […]

Cəmiyyət

Göygöldə dörd qız dərmandan zəhərlənib

Göygöldə zəhərlənmə faktı qeydə alınıb. APA xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb. 2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir. Məlumata görə qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən “Niastol” adlı kimyəvi […]

Dünya

Fransada qiyaməti xatırladan dəhşətli meşə yanğınları – VİDEO

Meşə yanğınları Fransanın cənub-qərbindəki Jironda bölgəsində böyük fəsadlar törədib. Son məlumata görə, alov 6 000 hektardan çox ərazini tamamilə məhv edib. Meşə yanğınları yaşayış evlərini yararsız hala salıb, minlərlə sakin təxliyə edilib. Qeyd edək ki, bu il Fransa öz tarixinin ən quraq dövrlərindən birini yaşayır. Mənbə: Reuters Xeberal.az

Dünya

Şahzadə Diananın ölümü haqqında yeni sənədli serial çəkilib

“Discovery+” şahzadə Diananın ölümü ilə bağlı yeni sənədli serial çəkib. Serial yalnız dörd seriyadan ibarətdir. Yaradıcılar hadisələrin gedişatını bərpa etməyə çalışıb və Diananın ölümü ilə bağlı istintaqa qiymət veriblər. Layihədə şahzadənin ölümü ilə bağlı iki rəsmi araşdırmaya diqqət yetirilib. Onlardan biri 1997-ci ildə, qəzadan dərhal sonra, ikincisi isə 2004-cü ildə, Paris polisi qəzanın səbəblərini müstəqil […]

Siyasət

Laurentsiu Regekampf: “Avstriyaya qələbə üçün gəlmişik”

“İlk oyunda qələbə qazandıq. Buraya da bunun üçün gəlmişik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib bu oyuna daha yaxşı hazırlaşacaq. Çünki evdə oynayırlar”. “Report”un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avstriyanın “Rapid” komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib. 46 yaşlı […]

Dünya

Çin Tayvan yaxınlığında hərbi təlimləri başa vurub

Çin ordusunun ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra bölgədə başlayan hərbi təlimləri başa çatıb. Bundan sonra Şərq nəhəngi adanın yaxınlığında müntəzəm patrul xidməti aparmağı planlaşdırır. Bu barədə Çinin Şərq Hərbi Əməliyyatlar Dairəsi Komandanlığının sözçüsü Şi Yi məlumat verib. Onun sözlərinə görə, ötən həftə başlayan təlimlərdə ordu bütün tapşırıqları uğurla yerinə yetirib. […]

İdman

“Rapid”in baş məşqçisi: “Neftçi” ilə matçda böyük güc sərf etməliyik”

“Bu matçda böyük güc sərf etməliyik”. “Report”un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Rapid”in baş məşqçisi Ferdinand Feldhofer “Neftçi”yə qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib. 43 yaşlı mütəxəssis doğma azarkeşlər önündə qalib gəlmək istədiklərini bildirib: “Pressinq tətbiq edib, qol şansları yaratmalıyıq. Bakıda bəzi qol epizodlarını boşa […]