Dünya

Litvada Rusiya qatarlarını helikopterlər müşayiət edir

Litvada bir çox Rusiya qatarlarını Litva helikopterləri müşayiət edir. Uçuşların sayı isə dörd dəfə artıb. Bu barədə Baltikyanı respublikanın Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib. “Bir çox Rusiya qatarları Litva helikopterlərinin müşayiəti ilə hərəkət edir. Buna səbəb qatarların dayanmadığına, nələrisə yükləmədiyinə və ya boşaltmadığına əmin olmaqdır. Litva sərhədçiləri hazırda 2020-ci ildə olduğundan dörd dəfə çox […]

Cəmiyyət

Xərçənglə mübarizə aparan məktəbli – VİDEO

Xərçəng xəstəliyindən əziyyət çəkən Türkan Salahovanın imkanlı şəxslərin dəstəyinə ehtiyacı var.  Türkanın atası Qoşqar Salahov bildirib ki, Türkanın müalicəsi üçün 600 min manata ehtiyac var: “Onun analizlərini Almaniyaya göndərdik. Cavab gəldi ki, müalicəsi mümkündür. Amma müalicəsi üçün 600 min manata ehtiyac var”.  Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İdman

İslamiada: Azərbaycan taekvondoçuları bir dəst medal qazanıblar

Azərbaycan taekvondoçusu Cavad Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. “Report” xəbər verir ki, 68 kq-dakı idmançı həlledici qarşılaşmada uduzaraq, gümüş medalla kifayətlənib. Beləliklə, Azərbaycan taekvondoçuları bir dəst medal əldə ediblər. Daha əvvəl Fəridə Əzizova (67 kq) qızıl, Patimat Abakarova (49 kq) isə bürünc medala sahib çıxıb. Xeberal.az

İdman

Azərbaycan güləşçiləri İslamiadada bir günə altı medal qazanıb

Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Abubakr Abakarov final görüşünə çıxıb. “Report” xəbər verir ki, 86 kq çəki dərəcəsində rəqib iranlı Alirza Kərimi olub. Görüş Kəriminin qələbəsi ilə yekunlaşıb. Abakarov 0:9 hesabı ilə geridə olduğu vaxt zədələnərək, mübarizəni davam etdirə bilməyib. O, gümüş medalla kifayətlənməli olub.  Beləliklə, Azərbaycan güləşçiləri […]

Dünya

Marina Ovsyannikovanı 10 ilədək həbs gözləyir

“Birinci Kanal”ın canlı yayımında Ukraynadakı müharibəyə etiraz edərək gündəmə gələn redaktor Marina Ovsyannikovanı 10 ilədək həbs gözləyir. Bu barədə onun vəkili Dmitri Zaxvatov məlumat verib. Məlumata görə, polis Ovsyannikovanın evində axtarış aparıb. Qadına qarşı Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salma maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, ötən gün Moskva məhkəməsi Rusiya ordusunu nüfuzdan saldığını əsas gətirərək redaktoru 40 […]

Dünya

Ermənistanda 19 yaşlı əsgər silahı ilə özünü vurub

Avqustun 9-da Ermənistanın şimal-şərq istiqamətində yerləşən N saylı hərbi hissənin atəş mövqeyində müddətli həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçu, 2003-cü il təvəllüdlü sıravi Erik Armenoviç Karsayanın üzərində güllə yarası olan meyiti tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. İstintaq Komitəsi çağırışçı əsgərin ölümü ilə bağlı cinayət işi açıb İlkin məlumata görə, Erik […]

İdman

Azərbaycanın daha bir güləşçisi İslamiadada qızıl medal qazanıb

Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov final görüşünə çıxıb. “Report” xəbər verir ki, 74 kq çəki dərəcəsində rəqib iranlı Məhəmmədsadıq Firuzpur olub. Görüş Bayramovun qələbəsi ilə yekunlaşıb -2:1. Bununla da Azərbaycan İslamiadada güləş növündə beşinci medalını qazanıb. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst […]

Siyasət

Fuad Axundov erməni alimləri “Tiqranakertin qalıqları” ilə tanış olmaq üçün Ağdama dəvət edib – FOTO

Politoloq Fuad Axundov mifik “Tiqranakert” ətrafındakı tarixi saxtakarlıqlara, nəhayət, son qoymaq üçün erməni tarixçi, elmlər doktoru Stepan Stepanyantsı Ağdama gəlməyə və Şahbulaq qalasını görməyə dəvət edib. Erməni alimin “sübut”larını təhlil edən politoloq “Report”a açıqlamasında bildirib ki, erməni tarixçi, elmlər doktoru Stepan Stepanyants Qarabağda “Tiqranakert”in olduğunu, “Əliyevabad”ın isə olmadığını bəyan etməklə növbəti dəfə Ermənistanın Qarabağa olan […]

Dünya

Rusiya hərbçiləri İran PUA-ları ilə təlimlərə başlayıblar

Rusiya hərbçiləri İranın “Şahed-191” və “Şahed-129” zərbə PUA-ları ilə təlimlərə başlayıblar. Bu barədə CNN anonim qalmaq istəyən hökumət rəsmisinə istinadən məlumat yayıb. “Son bir neçə həftə ərzində Rusiya rəsmiləri İrandan Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünə dair razılaşma çərçivəsində İranda təlim keçiblər”, – mənbə bildirib. CNN xatırladır ki, hələ iyun ayında Rusiya ordusunun İrandan dronlar almaq […]