Cəmiyyət

Dağ çaylarından qısamüddətli sel keçə bilər – XƏBƏRDARLIQ

“Böyük və Kiçik Qafqazın dağ çaylarından qısamüddətli sel keçə bilər”. Bunu APA-ya açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, bu hal avqust ayı üçün xarakterikdir: “Bu ayda əsasən daşqın yox, sel hadisəsi müşahidə edilir. Böyük Qafqazda Balakən-Şəki, Quba- Xaçmaz ərazisindən axan çaylarda və Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Tovuz rayonunun […]

Siyasət

Ceyhun Bayramov Türkmənistanın yeni səfirini qəbul edib – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasovu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfir Elyasov etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib. Nazir Azərbaycanla Türkmənistan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni […]

Cəmiyyət

Səfər Mehdiyevin iki yaxın qohumu İŞDƏN ÇIXARILDI

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin yaxın qohumları işdən çıxarılıb.  “Unikal” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə  “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib. Qeyd edək […]

Siyasət

Türkiyə səfiri: “Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə dərinləşir” – FOTO

Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin şöbə müdiri Hasan Emrah Demirçioğlu təhlükəsizlik sahəsində seminarda iştirak etmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə Azərbaycana gəlib. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün “Twitter” hesabında məlumat verib. Səfir paylaşımında Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycanla Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın getdikcə dərinləşdiyini əlavə edib. Tecrübe paylaşımı amaçlı […]

Cəmiyyət

Bakıda əcnəbi turistə qarşı dələduzluq: 100 mini oğurlandı

Bakıda Pakistan vətəndaşı qarət edilib. Lent.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Altus” hotelinin qarşısında baş verib. Bakıya gəzməyə gələn Pakistan vətəndaşı Sardar Muhammad Aşbaqın içərisində 100 min Pakistan rupisi, 250 manat, 1500 dollar və 300 dirhəm olan pul kisəsi oğurlanıb. Hadisə barəsində pakistanlı turist polisə məlumat verib. Faktla bağlı araşdırılma aparılır. Xeberal.az

Cəmiyyət

Tələbəsinə vuruldu, həbsxanadakı dostuna dəvətnamə yolladı – Məşhur diktoru kim öldürmək istədi?

Televiziya diktoru, Xalq artisti Rafiq Hüseynov haqqında maraqlı faktlar məlum olub. Kulis.az-ın R.Hüseynovla bağlı araşdırmasını təqdim edirik:  Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşa şəhərində anadan olub. Sonradan ailəsi ilə birgə Bakıya köçüb. Atasını çox erkən yaşda itirib. Bu vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış. Anası müharibə illərində hakim işləyib. Həyat yoldaşı dünyasını […]

Cəmiyyət

Mənzili qaz sızmasına qurban gedən, “üzdürülən” qonşular: Kompensasiyanı kimdən almalı? – FOTO

“Ehtiyatsızlıqdan baş verən istənilən hadisəyə cinayət işi açılır. Hadisə cinayətin tərkibinə daxil olur, ağırlığı və ya yüngüllüyü müəyyən edilir. Bu məsuliyyətsizliyi edəni hətta həbs cəzası da gözləyə bilər”. Bunu ehtiyatsızlıqdan yaranan hadisələrdə məsuliyyət yükü, kompensasiyalarla  bağlı Oxu.Az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. Xatırladaq ki, ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış […]

Cəmiyyət

Buzovnanın su problemi: Sakinlərin bir qismi su tapmır, bir qismi də içməli suyu yola axıdır – VİDEO

Buzovnada içməli su küçəyə axır.  Oxu.Az xəbər verir ki, bu barədə redaksiyaya ərazidə yaşayan sakinlər müraciət ediblər.  Sakinlər iddia edirlər ki, ərazidə suyu su maşınlarından alırlar, qonşu isə yararsız vəziyyətdə olan su xəttini düzəltmir: “Neçə dəfə su idarəsinə müraciət etmişik, şikayətimizə baxan yoxdur. Camaat su tapmır, su istəyəndə su yoxdur deyirlər. Amma vətəndaş içməli suyu küçəyə […]

Dünya

Rusiya XİN: “Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıb”

“Rusiyanın siyasi rəhbərliyi, başda Rusiya xarici işlər naziri Sergey Lavrov olmaqla Qarabağda cərəyan edən son hadisələrlə əlaqədar Azərbaycan və Ermənistandan olan həmkarları ilə sıx təmasdadır”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur. “Rusiya sülhməramlıları bölgədə vəziyyəti sabitləşdirmək üçün bütün səy göstərirlər”, – Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunur. Mənbə: TASS Xeberal.az

Dünya

“Çelsi” 18 yaşlı istedadlı yarımmüdafiəçini heyətinə qatdı

İngiltərənin “Çelsi” klubu 18 yaşlı yarımmüdafiəçi Karni Çukvuemeka ilə altı illik müqavilə imzalayıb. Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. “Çox gərgin idim, son bir neçə gündə “Çelsi”ni ağlımdan çıxara bilmirdim, ona görə də baş verənlərə görə sevindim və çox rahatladım”, – deyə istedadlı ingiltərəli yarımmüdafiəçi vurğulayıb. Məlumat üçün qeyd edək ki, Karni ötən […]