Dünya

BMT: “İstanbul sazişindən sonra ərzaq məhsullarının qiyməti aşağı düşüb”

Ukrayna taxılının ixracı ilə bağlı İstanbulda imzalanan razılaşmalar ərzaq qiymətlərinə ciddi təsir göstərib. Bu barədə avqustun 4-də BMT-nin baş katibi Antonio Quterreş “Ümumi gündəmimiz” adlı hesabatla çıxış edərkən bildirib. Onun sözlərinə görə, İstanbul razılaşmaları qiymətlərin az qala Ukraynadakı müharibənin başlanmasından öncəki səviyyəyə enməsinə səbəb olub. Qeyd edək ki, avqustun 3-də Ukraynadan ilk ərzaq daşıyan “Razoni” […]

İdman

“Neftçi”nin baş məşqçisi: “Son saniyələrdə qol buraxmaq çox üzücüdür”

“Son saniyələrdə qol buraxmaq çox üzücüdür. Amma səmimi olsaq, rəqib qoldan öncə də belə bir imkanları var idi. Bizim üçün heç nə dəyişməyib. Səfərdə də öz oyunumuzu oynayıb qalib gəlməyə çalışacağıq”. “Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda Avstriyanın “Rapid” (Vyana) komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat […]

Dünya

“Qazprom” Avropaya çatmayan qazı yandırır

“Şimal axını” qaz kəməri ilə Avropaya təbii qaz tədarükünün kəskin azalması “Qazprom”un, görünür, sənaye miqyasında qaz yandırmağa başlamasına səbəb olub. Bu barədə Finlandiyanın YLE yayım korporasiyası şahidlərin ifadələrinə və NASA-nın məlumatlarına istinadən xəbər verir. İyunun 17-də Rusiya-Finlandiya sərhədi yaxınlığında, qaz nəqlini təmin edən Portovaya kompressor stansiyasının ətrafında görünən nəhəng məşəl belə bir qənaətə gətirib. Alovu hər gün […]

İdman

“Fənərbağça” Avropa Liqasına qələbə ilə başladı – VİDEO

Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start verilib. Turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayıb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş keçirilir ki, onlardan bəziləri artıq başa çatıb. Açılış matçında AEK “Partizan”dan üstün olun 2:1. Gecənin maraqla gözlənilən matçlarından biri isə Türkiyədə baş tutub. “Fənərbağça”  Çexiyanın “Slovaçko” komandasını sınağa çəkib. İstanbul klubu […]

Dünya

Türkiyədə avtobusla yük maşını toqquşdu: Ölən və yaralananlar var – VİDEO

Konyada işçiləri daşıyan avtobusla yük maşını toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, 25 nəfər yaralanıb. Hadisə vilayətin Səlcuqlu mahalının Büyükkayacık Məhəlləsi Sənaye Bölgəsində meydana gəlib. Yaralılar təcili yardımlarla şəhər mərkəzindəki xəstəxanalara aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Mənbə: Haber Global Xeberal.az

Siyasət

Bir qrup radikal dini dəstə Azərbaycanın Londondakı səfirliyinə hücum edib – VİDEO

4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup […]

Dünya

Rusiya dəniz minası Türkiyə sahillərində göründü – FOTO/VİDEO

Türkiyə sahlillərində Rusiya istehsalı olduğu düşünülən sualtı mina görünüb. Sursat Ordunun Ünye rayonundakı çimərliyə çıxıb. Çimərlikdə yad cisim görən vətəndaşlar vəziyyəti polisə bildiriblər. Əraziyə gələn qruplar obyektin Rusiya istehsalı olan sualtı mina olduğunu müəyyən ediblər. Araşdırmalardan sonra minanın məhv ediləcəyi gözlənilir. Mənbə: Haber Global Xeberal.az