İdman

“Neftçi”nin baş məşqçisi: “Son saniyələrdə qol buraxmaq çox üzücüdür”

Sharing is caring!

“Son saniyələrdə qol buraxmaq çox üzücüdür. Amma səmimi olsaq, rəqib qoldan öncə də belə bir imkanları var idi. Bizim üçün heç nə dəyişməyib. Səfərdə də öz oyunumuzu oynayıb qalib gəlməyə çalışacağıq”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda Avstriyanın “Rapid” (Vyana) komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, komanda yavaş-yavaş artırır: “Çox yaxşı oynadıq və 3 real qol epizodundan yararlana bilmədik. Nəticə və oyundan razıyam. Növbəti matça köklənməliyik”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir