Dünya

“Çelsi” 18 yaşlı istedadlı yarımmüdafiəçini heyətinə qatdı

Sharing is caring!

İngiltərənin “Çelsi” klubu 18 yaşlı yarımmüdafiəçi Karni Çukvuemeka ilə altı illik müqavilə imzalayıb.

Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

“Çox gərgin idim, son bir neçə gündə “Çelsi”ni ağlımdan çıxara bilmirdim, ona görə də baş verənlərə görə sevindim və çox rahatladım”, – deyə istedadlı ingiltərəli yarımmüdafiəçi vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Karni ötən mövsüm “Aston Villa”nın heyətində 14 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir