Cəmiyyət

“Qisas”dan sonra Qarabağdakı vəziyyət – VİDEO

Vətən Müharibəsindən sonra bəyənnamələr imzalasalar da, ona hörmət qoymayan ermənilər gah sülhməramlıların məsuliyyət zonasında, gah da sərhədlərimizdə müxtəlif təxribatlara əl atdılar.  Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan, əli silahlı erməni quldur dəstələrinin son qanunsuzluğu ordumuzun şəhid verməsi ilə nəticələndi.  Azərbaycan üçün qırmızı xətti küçən ermənilər ötən gün özbaşınalıqlarının cəzasını canları ilə ödəməli oldular. Və yükunda […]

Tədbirlər

Cəlilabadda İcbari tibbi sığorta ilə bağlı
maarifləndirmə tədbiri keçirilib

Məlum olduğu kimi ölkənin müxtəlif bölgələrində icbari tibbi sığorta sistemi haqqında maarifləndirmə tədbirləri keçirilir. Belə bir tədbir Cəlilabad Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq […]

Cəmiyyət

Qəbul imtahanında ən çox bal toplayanların uğur sirri: “Getmə deyənlər çox oldu” – MÜSAHİBƏ + FOTO

“Bir insanı sağaldıb, üzündə təbəssüm yaratmaq ən böyük xoşbəxtlikdir. O xoşbəxtliyi onlara vermək istədim”. Bunu Oxu.Az-a müsahibəsində IV ixtisas qrupu üzrə 700 bal toplayan Nigar Ağazadə deyib. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 3-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərin sayını açıqlayıb. Ümumilikdə 38 nəfər yüksək nəticə […]

Cəmiyyət

Sabunçu rayonunda yük avtomobili yanıb

Bakı şəhərinin Sabunçu rayonunda “Ford” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan tikinti materialları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az

Siyasət

Rusiyalı politoloq: “Ermənistan Azərbaycanla Rusiya arasında nifaq salmağa çalışır”

“Ermənistan Azərbaycanla Rusiya arasında nifaq salmağa, müharibə başlanmasına çalışır”. Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib. Onun sözlərinə görə, Ermənistan öz təxribatları ilə Azərbaycan və Rusiya arasında nifaq salmağa – 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün şərtlərinə əməl olunmadığına görə rəsmi Bakının Moskvanı İrəvana kifayət qədər […]

Dünya

ABŞ-Çin gərginliyi fonunda Azərbaycana çağırış: “Planları pozmaq üçün bir araya gəlmək lazımdır” – FOTO

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ABŞ-la Çin arasında gərginliyi daha da artırıb. Nəticədə Çin qırıcıları Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub, hətta ordusu Tayvan ətrafında təlimlərə başlayıb. Bununla da kifayətlənməyən Çin təxribat baş verəcəyi təqdirdə Tayvandan bunun qisasını alacağını bildirib. Görəsən, ABŞ-Çin münasibətləri necə irəliləyəcək? Türkiyəli tarixçi, professor Mehmet Bora […]

Mədəniyyət

Aktyor Rəşad Səfərov: “İtimin şampunu 18, mənimki 3 manatdır” – FOTO

Onunla söhbət çox maraqlı və baməzə alındı. Bu bəlkə də köhnə dostluğumuzdan irəli gəlirdi. Rəşad heç yerdə olmadığı qədər səmimiydi, şən idi. Lent.az Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov ilə müsahibəni təqdim edir İrəvan teatrı ömrümdən itən günlərim oldu… – Rəşad, səni bir zamanlar İrəvan teatrının səhnəsində gözəl obrazlarda görürdük. Ordan  nə üçün […]

İqtisadiyyat

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi 57 faiz icra olunub – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Oxu.Az xəbər verir ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir. Yolun ilk 77.5 km-lik hissəsinin […]

Cəmiyyət

Daha 150-dək müharibə əlilinin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib

Artıq 11 minədək müharibə əlilinə proaktiv qaydada müavinət təyin olunaraq ümumilikdə 66,5 milyon manatadək vəsait onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, hesablarına vəsait köçürülmüş Birinci Qarabağ müharibəsi əlillərinin bir qismi bu gün də onlara təyin edilmiş ödənişləri əldə ediblər. Onlar birdəfəlik ödəmələrin verilməsinin Prezident […]

Cəmiyyət

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi rüşvət alıb? DİN-dən AÇIQLAMA

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisinin rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb. Belə ki, sosial şəbəkələrdə yayılan videoda Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda əməkdaşları ilə pul müzakirə etdiyi görülür. Məsələ ilə bağlı DİN-ə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Oxu.Az-ın sorğusuna cavab olaraq […]