Cəmiyyət

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi rüşvət alıb? DİN-dən AÇIQLAMA

Sharing is caring!

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisinin rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb.

Belə ki, sosial şəbəkələrdə yayılan videoda Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda əməkdaşları ilə pul müzakirə etdiyi görülür.

Məsələ ilə bağlı DİN-ə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı müvafiq araşdırma aparılıb.

“Bəzi sosial şəbəkə seqmentlərində yayılan görüntülər köhnə kadrlardır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir