Dünya

ABŞ-ın nüvə silahından nə vaxt istifadə edə biləcəyi məlum oldu

ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ nüvə silahından yalnız ən ekstremal vəziyyətdə istifadə edəcək. Onun sözlərinə görə, Vaşinqton nüvə silahına yalnız ölkənin və onun müttəfiqlərinin həyati maraqlarını qorumaq üçün müdafiə vasitəsi kimi baxır. Dövlət katibi qeyd edib ki, ABŞ-ın nüvə silahlarının əsas rolu ölkəyə qarşı nüvə hücumlarının qarşısını almaqdır. Mənbə: news.ru Xeberal.az

Dünya

İsveçrədə marixuana qanuniləşdirildi

İsveçrədə marixuana qanuniləşdirilib. Avqustun 1-dən ölkədə tibbi marixuananın leqallaşdırılması ilə bağlı qanun qüvvəyə minib. Artıq İsveçrənin bütün sakinləri onu reseptlə ala biləcəklər. Əvvəllər xəstələr yalnız Federal İctimai Səhiyyə İdarəsinin müstəsna icazəsi ilə tibbi marixuananı əldə edə bilərdilər. Mənbə: lenta.ru Xeberal.az

Dünya

Britaniya parlamentinin üzvləri Tayvana səfər edəcəklər

ABŞ Konqresinin nümayəndə heyətinin ardından Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri də bu ilin sonunda Tayvana səfər etmək niyyətindədirlər. Məlumata görə, səfər bu ilin noyabrına və ya dekabrın əvvəlinə planlaşdırılır. Nümayəndə heyətinə əvvəllər Böyük Britaniyanın baş naziri postuna namizəd olmuş Xarici Əlaqələr Komitəsinin sədri Tom Tugendhat rəhbərlik edəcək. Səfərin əsas məqsədi Britaniyanın Tayvana dəstəyini nümayiş […]

Cəmiyyət

Gəncədə 54 yaşlı kişi intihar edib

Gəncədə kişi intihar edib. APA xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 54 yaşlı Əmrah Hüseynov yaşadığı evdə özünü asıb. Onum meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib. Məlumata görə, 54 yaşlı kişi ruhi xəstə olub. Faktla bağlı araşdırma […]

MARAQLI

Koronavirusun ən uzun müddətli fəsadları: Eşitmədə problem, dad dəyişikliyi… – FOTO

Koronavirus keçirdənlərdə ən uzunmüddətli fəsad mərkəzi sinir sisteminin işi ilə bağlıdır. Bu barədə rusiyalı infeksionist, virusoloq Nikolay Malışev bildirib. Onun sözlərinə görə, zaman keçdikcə COVİD-19-un xüsusən də mərkəzi sinir sisteminə təsirləri barədə daha çox şey öyrənilir. “Uzun müddət eşitmə qabiliyyəti zəifləmiş və hələ də normal vəziyyətə qayıtmayan xəstələri şəxsən müşahidə etmişəm. Bundan başqa dad dəyişikliklərinin […]

Dünya

Almaniyada tullantılardan qaz hazırlamaq təklif edildi

“Almaniya bioloji tullantıların istifadəsi hesabına Rusiya qazının istehlakını azalda bilər”. Bu barədə Baden-Vürtemberq federal əyalətinin ətraf mühit nazirinin müavini Andre Baumann bildirib. Onun sözlərinə görə, məsələn, bananın qabığından qaz əldə etmək olar. “Banan qabığından təbii qaz istehsal olunur, sonra isə [Rusiya Prezidenti Vladimir] Putindən daha az qaz ehtiyacımız yaranır <…>. Qalıq tullantılar üçün olan çənlərdə […]

Cəmiyyət

Gəncədə yol qəzası olub, xəsarət alanlar var

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report” xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı 2001-ci il təvəllüdlü E.Məhərrəmov və daha bir nəfər xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Dünya

Quterreş: “Nüvə təhlükəsi pik həddinə çatıb”

Dünyada nüvə silahından istifadə təhlükəsi soyuq müharibənin qızğın vaxtından bəri görünməmiş səviyyəyə çatıb. Bu barədə bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi iştirakçısı olan ölkələrin icmal konfransının açılışında bildirib. “Bəşəriyyət Xirosima və Naqasakiyə endirilən zərbələrdən alınan dərsləri unutmaq təhlükəsi ilə üz-üzədir. Geosiyasi gərginlik yeni zirvələrə çatıb”, – deyə o, bəyan edib. […]

Dünya

Londonun “Hitrou” hava limanı yaxınlığında yanğın baş verib – VİDEO

Britaniyada “Hitrou” beynəlxalq hava limanı yaxınlığında böyük yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən helikopterlər, 15 texnika və 100-dən çox şəxsi heyət cəlb edilib. Qatı tüstü səbəbindən aeroportun bəzi uçuş-eniş zolaqlarının işində çətinliklər yaranıb. Yerli hakimiyyət orqanları əhalidən evlərində qalmaları və pəncərələrini bağlamalarını xahiş edib. Mənbə: newsfounded.com   Xeberal.az