Cəmiyyət

Bakıda yeniyetmə qız itkin düşüb

Bakıda yeniyetmə qız itkin düşüb. “Report” xəbər verir ki, hadisə iyulun 30-da Sabunçu rayonunda qeydə alınıb. Belə ki, paytaxt sakini, 2008-ci il təvəllüdlü Məmmədova Eltac Tural qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Təhqiqat bölməsində araşdırma aparılır. Xeberal.az

Siyasət

Deputatlar nə qədər maaş alacaqlar? – Komitə sədri AÇIQLADI + FOTO

Milli Məclisin komitə sədri Tahir Mirkişili millət vəkillərinin maaşlarının artması məsələsinə aydınlıq gətirib. Bu barədə deputat “Facebook” hesabında paylaşım edib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin sözlərinə görə, deputatların maaşının 61 faiz artması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. O, bu artımın 33 faiz təşkil etdiyini vurğulayıb: “Yazılarda deputatların aylıq maaşının artaraq […]

İdman

“Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşir

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Oxu.Az xəbər verir ki, ÇL-in üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) cütü “səpələnməmişlər” səbətində yer alıb.  Cütün qalibi pley-off mərhələsində aşağıda adları qeyd olunan komandalardan biri ilə qarşılaşacaq: “Kopenhagen” (Danimarka) “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi UEFA-nın […]

Cəmiyyət

Azərbaycan Diaspor Gənclərinin Şuşaya səfəri başlayıb

Azərbaycan Diaspor Gənclərinin Şuşaya səfəri başlayıb. “Report”un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, səfəri Diaspor Komitəsi təşkil edir. Səfərin məqsədi Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışında iştirak etməkdir. Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Düşərgə 9 avqustadək davam edəcək. Qeyd edək ki, düşərgənin […]

Dünya

İlon Maskın atası onunla fəxr etmədiyini bildirib

“SpaceX” və “Tesla” şirkətlərinin baş direktorunun atası 76 yaşlı Errol Mask oğlu ilə fəxr etmədiyini etiraf edib. Ondan planetin ən zəngin adamı olan oğlu ilə fəxr edib-etmədiyini soruşduqda ata Mask mənfi cavab verib. Errol Maskın dediyinə görə, böyük oğlu Elon “istədiyi qədər xoşbəxt deyil”, çünki o, “uğur qrafikindən geri qaldığını” hiss edir. Bir müddət əvvəl […]

Dünya

Səudiyyə Ərəbistanındakı türk məktəbləri yenidən açılacaq

Türkiyənin Təhsil Nazirliyi Səudiyyə Ərəbistanında ötən il bağlanan türk məktəblərinin yenidən açılacağını bildirib. Nazirlikdən verilən yazılı açıqlamaya görə, Səudiyyə Ərəbistanı hökumətinin qərarı ilə 2020-2021-ci tədris ilinin sonundan etibarən paytaxt Ər-Riyad və digər əyalətlərdə fəaliyyət göstərən türk məktəbləri mərhələli şəkildə bağlanıb. Lakin Türkiyə hökumətinin diplomatik təmasları və nazirliyin təşəbbüsləri ilə məktəblər yenidən açılacaq. Həmçinin, bildirlib ki, […]

Dünya

İran Rusiyada təkər şinləri satacaq

Yaxın gələcəkdə Rusiyanın təkər bazarında yeni oyunçular peyda ola bilər. Belə ki, İranın Təkər Sənayesi Gildiyaları Assosiasiyasının rəhbəri Həmidreza Abdülmaleki artıq şinlərin ixracı üçün müqavilələrin imzalandığını bildirib. Konkret olaraq, hansı şirkətilərin Rusiya bazarına daxil olacağı hələlik məlum deyil. Lakin onların yeni bazarda yer almaq üçün çinlilərlə rəqabət aparmalı olacaqları qeyd edilib. Qeyd edək ki, hazırda […]

Dünya

Fransa ölkə sərhədində antikovid məhdudiyyətlərini aradan qaldırır

Fransada avqustun 1-dən etibarən ölkə sərhədində tətbiq edilən anti-COVID tədbirləri ləğv edilir. Bunu nəqliyyat nazirii Kleman Bon deyib. “Bazar ertəsindən etibarən sərhəddə tətbiq olunan sanitar tədbirlər həm ölkəyə daxil olanlar, həm də ölkədən çıxanlar üçün qaldırılır”, – o, “Twitter”də yazıb. Eyni zamanda, Bon Fransa xalqını könüllü olaraq ictimai nəqliyyatda maska ​​taxmağa davam etməyə çağırıb. Mənbə: […]