Dünya

Yunanıstan Bodrum yaxınlığındakı Keçi adasında beynəlxalq hüquqa zidd olaraq əsgərlər yerləşdirib

Yunanıstan Bodrum yarımadasının səkkiz kilometr cənub-qərbində yerləşən Keçi adasında (Pserimos) beynəlxalq hüquqa zidd olaraq əsgərlər yerləşdirib və silahlandırma aparıb. Bununla bağlı görüntülər Anadolu Agentliyi (AA) tərəfindən lentə alınıb. Egey dənizində Oniki Adalar kimi tanınan Batnoz, Lipsi, İleriye, Kelemez, Kos, İncirli, İstanbulya, İləki, Herke, Kerpe, Çoban, Sömbeki, Rodos və Meisin də olduğu bölgədə statusu müəyyən olunmayan […]

Cəmiyyət

Gəncədə evlərin həyətini sel suları basdı – FOTO

Gəncə şəhərində leysan yağış bir sıra fəsadlar törədib. “Report”un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq yağan leysan yağışlar xüsusən Məhsəti Gəncəvi qəsəbəsində fəsadlar yaradıb. Yağış suları qəsəbə yollarına, küçələrə və yaşayış evlərinin həyətlərinə dolub. Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir. Xeberal.az

Cəmiyyət

Azərbaycan Ordusunun əsgəri HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tərk etməsi barədə toplanmış müvafiq materiallar Hərbi Prokurorluğa daxil olduqdan sonra araşdırmalar davam edir. Hərbi Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin […]

İdman

“Dinamo” (Kiyev) – “Fənərbağça” matçının məkanı dəqiqləşdi

Türkiyənin “Fənərbağça” klubunun UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyununun məkanı məlum olub. “Sarı-lacivərdli” klubdan verilən açıqlamaya görə, iyulun 20-i çərşənbə günü baş tutacaq matç Polşanın Lodz şəhərindəki Miejski stadionunda oynanılacaq. Qarşılaşma Bakı vaxtilə saat 22.00-da başlayacaq. Sözügedən matçın cavab oyunu isə 27 iyul çərşənbə günü saat 21:00-da Ülkər stadionunda keçiriləcək. […]

Cəmiyyət

Nazirlikdən güclü sel və yağışla bağlı AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi tərəfindən əvvəlcədən xəbərdarlıq edildiyi kimi, bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Nazirlikdən bildirilib ki, bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib. Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, güclü yağış nəticəsində Goranboy rayonunun Ağcakənd […]

Dünya

Qazaxıstan: Jeltoksandan Sankt-Peterburqadək – VİDEO

Ərazisinə görə postsovet məkanında Rusiyadan sonra ən böyük dövlət olan Qazaxıstan üçün 2022-ci il olduqca təlatümlü başlayıb. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir. “Üzərindən artıq yarım il keçməsinə baxmayaraq, bir çox ölkələrdən olan ekspertlər hələ də cavab üzərində başlarını sındırırlar – bu nə idi və yanvardan bəri Qazaxıstan necə dəyişdi?” – deyə videomaterialda qeyd […]

Dünya

Rusiya qoşunları Mariupolu tərk edir – VİDEO

Rusiya qoşunlarının böyük karvanı Mariupolu tərk edərkən görüntülənib. Mariupol merinin müşaviri Petr Andryuşşenkonun sözlərinə görə, hərbi karvan Berdyansk-Poloqi istiqamətində Zaporojye vilayətinə doğru hərəkət edir. Bildirilir ki, Rusiya tərəfi qoşunlarının böyük hissəsini şəhərdən cəbhənin digər ərazilərinə doğru çəkir. Səbəb isə resurs çatışmazlığıdır. Məlumata görə, artıq ikinci gündür ki, Mariupol şəhəri və vilayətindən Berdyansk-Poloqi istiqamətində iri avtomobil […]

Cəmiyyət

Deputat yüksək qiymətlərə ÜSYAN ETDİ: “İmkan edib təzə meyvələrdən ala bilmədim”

“Yüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm”. Bunu Axar.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, Bakıda bazar qiymətləri fantastik həddədir: “Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”. O bildirib ki, […]

İdman

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb. “Report”un məlumatına görə, o, Bosniya və Herseqovinada “Bortats” və Farer adalarının “B-36 Torşavn” komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq. Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək. Qeyd edək […]