Dünya

Kənd sakinindən qorxan ayı: Elə qışqırdı ki, heyvan qaçdı – VİDEO

Türkiyədə həm maraqlı, həm gülməli hadisə yaşanıb. Yukarıkırzı kəndində səhər saatlarında kəndə ayı enib. Kəndin küçələri boyu o yan-bu yana qaçan ayı təhlükəsizlik kameralarına əks olunub. Sonra isə kənd meydanına qədər enən ayını səhər namazından çıxan kənd sakinləri görüblər. Vəziyyət dərhal kənd muxtarına bildirilib və muxtar təhlükəsizlik kameralarına baxıb. İlk dəfə kənd meydanına ayının endiyini […]

Dünya

Çində 50 ilin rekordu qırıldı: İnsanlara xəbərdarlıq edildi – FOTO

Çində aramsız yağışların selə səbəb olması və torpaq sürüşməsi nəticəsində yüz minlərlə insan təxliyə edilib. Ölkənin cənubunda və şərqində çayların daşması və sel sularının 50 ilin ən yüksək göstəricisini keçməsi səbəbindən iki əyalətdə həyəcan siqnalı çalınıb. Yerli mediada selin maşınları küçələrdə sürükləməsi və insanların sulardan çıxarılmasını əks etdirən görüntülər yayılıb. Meteorologiya səlahiyyətliləri ölkədə 1961-ci ildən bu yana […]

Dünya

Misirdə it yolun ortasında qalan ölü pişiyi basdırdı – FOTO/VİDEO

Misirin Dekahliyə şəhərində görənləri təsirləndirən hadisə yaşanıb. Belə ki, şəhərdə Mansura Universitetinin qapısının önündə yolda cansız pişiyi görən it əvvəlcə onun ölüb-ölmədiyini yoxlayıb, öldüyünə əmin olduqdan sonra onu ağzı ilə yolun kənarına apararaq torpağa basdırıb. Bu anlar ətrafdakı insanlar tərəfindən kameralara əks olunub. Mənbə: Haber Global Xeberal.az

Dünya

Fin ordusunun komandanı: “Ukrayna Rusiya üçün çətin hədəf oldu və Finlandiya ilə də eyni olacaq”

“Finlandiya Rusiyanın mümkün hücumuna hazırdır və bu baş verərsə, müqavimət göstərmək gücündədir”. Bu barədə Finlandiya Müdafiə Qüvvələrinin komandanı, general Timo Kivinen “Reuters” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən bəri Finlandiya məhz indi Ukraynada baş verən “atəş gücündən, zirehli texnikadan və aviasiyadan kütləvi istifadə etməklə” aparılan müharibə aparmaq üçün hərbi sahəni sistemli şəkildə […]

Siyasət

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsi məlumat verib. Nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi […]

Cəmiyyət

İran Edam Respublikası – VİDEO

Əgər 2020-ci ildə İranda 260 nəfər edam olunmuşdusa, 2021-ci ildə bu rəqəm 310 nəfərə çatıb və bunlardan 14 nəfəri qadın olub.  Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanmış süjetdə bildirilib. Qeyd edilib ki, cari ilin yanvar ayının 1-dən martın 20-nə qədərki dövrdə isə 105 nəfər edam cəzasına məhkum olunub ki, onların da xeyli hissəsini etnik azlıqların […]

Dünya

Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından vurulmuş vəziyyətdə tapılıb

Rusiya prezidenti Vladimir Putinin mühafizəçisi olan və özü ilə “nüvə çamadanı”nı daşıyan Feseral Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır. Bildirilib ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında “İj 79-9TM” markalı travmatik tapança olub. Qan içində olan FSB zabitini qardaşı tapıb. […]

Cəmiyyət

Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Abşeron İcra Hakimiyyətinin əməkdaşı, 1-ci Qarabağ qazisi Nəzərov Zahid Məmməd oğlu İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 iyun 2022-ci il Bizdə öz növbəmizdə dəyərli əməkdaşımız Zahid müəllimi […]

Siyasət

Bakı və Daşkəndin yeni yol xəritəsi – VİDEO

Prezident İlham Əliyevin Özbəkistana səfər etməsi mühüm əhəmiyyətə malikdir. Baku TV səfərlə bağlı sujet hazırlayıb. Bu ötən illər ərzində iki qardaş dövlətin biri-birini müdafiə etməsinə, dəstək göstərməsinə verilən dəyərdir. Azərbaycan və Özbəkistan arasında 20-yə yaxın sənədin imzalanması da iki ölkənin strateji müttəfiqliyinin göstəricisidir. Daha ətraflı sujetdə: Xeberal.az

Dünya

Taxıl dəhlizində müsbət nəticə: Türkiyəyə məxsus gəmi Mariupolu tərk etdi – VİDEO

Moskvada Qara dənizdə açılması planlaşdırılan taxıl dəhlizi ilə bağlı ilk görüş keçirilib. Müsbət ab-havada keçən danışıqlardan sonra Türkiyəyə məxsus “Azov Concord” gəmisi ilk xarici gəmi olaraq Mariupol limanından ayrılıb. Bu barədə “Haber Global” məlumat verib. Bildirilir ki, Moskvada Rusiya və Türkiyənin müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında danışıqlar aparılıb, Türkiyə ticarət gəmilərinin təhlükəsiz çıxışı və Ukrayna limanlarından taxıl ixracı məsələləri […]