Cəmiyyət

Nazir polis leytenantına VƏZİFƏ VERDİ

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Oxu.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis leytenantı Mahir Cəfərov Goranboy Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin inspektoru vəzifəsindən azad olunaraq həmin şöbənin Narkotiklərlə Mübarizə Qrupunun Baş Əməliyat Müvəkkili vəzifəsinə təyin olunub. Xeberal.az

İdman

“Qalatasaray” Dominik Torrentlə yollarını ayırdı

Türkiyənin “Qalatasaray” futbol klubu hazırki məşqçisi Dominik Torentlə yollarını ayırıb. Klubdan verilən açıqlamaya görə, ispaniyalı mütəxəssislə yanaşı, onun köməkçilərilə də mövcud müqavilələr ləğv edilib. Qeyd edək ki, bir müddət öncə “sarı-qırmızılar”ın “Başakşehir”lə çempionluq yaşamış Okan Burukla anlaşdığı bildirilib.   Mənbə: “Haber Global” Xeberal.az

İqtisadiyyat

Dövlət qurumunda maaşlar ARTACAQ

Nazirlər Kabinetinin “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarında dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə görə, İnstitutun əldə etdiyi vəsaitdən “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən […]

Siyasət

Pedaqoji fəaliyyətlə məşğul olma qaydasında dəyişiklik edilib

Nazirlər Kabinetinin “Pedaqoji fəaliyyətlə məşğul olma Qayda”sında etdiyi dəyişiklik edib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı hər il müsabiqədən əvvəl Nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək. Xeberal.az

Cəmiyyət

Mövlam Şixəliyev: “Mən kargüzarlıq etmişəm, Rüstəm Usubovun tapşırıqlarını yerinə yetirmişəm”

“Mən MTN-də İstintaq idarəsinin rəisi olduğum müddətdə kargüzarlıq etmişəm, bilavasitə Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişəm”. “Report” xəbər verir ki, bunu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev iyunun 20-də Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə sərbəst ifadəsində bildirib. Təqsirləndirilən şəxs deyib ki, qərarları Baş Prokurorluq verib: “Hər bir material, […]

Dünya

Keçmiş Moldova prezidenti ev dustaqlığı müddəti uzadıldı

Moldovanın keçmiş prezidenti İqor Dodonun ev dustaqlığının müddəti 30 gün uzadılıb. Mayın 24-də Dodon dövlətə xəyanət və korrupsiyada şübhəli bilinərək 72 saat müddətinə saxlanılıb. İki gün sonra siyasətçi 30 sutka ev dustaqlığına məhkum edilib. İyunun 16-da məlum olub ki, ittihamlardan biri üzrə Dodon 1 milyon avro dəyərində əmlaka qanunsuz sahib olmaqda günahlandırılır. İstintaq iddia edir […]

Cəmiyyət

Deputatların maaşı ARTIR: “Qara camaatı düşünən yoxdur” – VİDEO

“Millət vəkilləri sadəcə özlərini düşünür, qara camaatı düşünən yoxdur”. Bunu Baku TV-nin sorğusuna əsasən paytaxt sakini bildirib. Belə ki, sorğuda deputatın statusu haqqında qanuna təklif edilən dəyişikliyə görə Milli Məclis üzvlərinin maaşının artırılması məsələsi sakinlərin fikirləri öyrənilib. Təklif olunur ki, Milli Məclis sədrinin aylıq məvacibi 2475 manatdan 3550 manata, birinci müavinin maaşı 2227 manatdan 3195 […]

Dünya

Rusiyada hərbi təyyarə qəzaya uğradı

Rusiyaya məxsus hərbi təyyarə Rostov vilayətində qəzaya uğrayıb. İlkin məlumatlara görə, söhbət Su-25 qırıcısından gedir. Ehtimallara görə, qəzaya səbəb pilotun xətası olub. Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər çalışır. Qeyd edək ki, oxşar hadisə ötən gün Belqorod vilayətində də baş verib. Mənbə: “Baza” Xeberal.az