Dünya

Keçmiş Moldova prezidenti ev dustaqlığı müddəti uzadıldı

Sharing is caring!

Moldovanın keçmiş prezidenti İqor Dodonun ev dustaqlığının müddəti 30 gün uzadılıb.

Mayın 24-də Dodon dövlətə xəyanət və korrupsiyada şübhəli bilinərək 72 saat müddətinə saxlanılıb. İki gün sonra siyasətçi 30 sutka ev dustaqlığına məhkum edilib.

İyunun 16-da məlum olub ki, ittihamlardan biri üzrə Dodon 1 milyon avro dəyərində əmlaka qanunsuz sahib olmaqda günahlandırılır. İstintaq iddia edir ki, bu, onun bəyan etdiyi gəlirdən 3 milyon ley (150 min avro – red.) çoxdur.

Dodonun həyat yoldaşı Qalinaya qarşı da korrupsiya ittihamı irəli sürülüb. İyunun 13-də o, prokurorluğa çağırılıb. İyunun 16-da dindirildikdən sonra onun iki ay müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir