Cəmiyyət

Mövlam Şixəliyev: “Mən kargüzarlıq etmişəm, Rüstəm Usubovun tapşırıqlarını yerinə yetirmişəm”

Sharing is caring!

“Mən MTN-də İstintaq idarəsinin rəisi olduğum müddətdə kargüzarlıq etmişəm, bilavasitə Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişəm”.

“Report” xəbər verir ki, bunu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev iyunun 20-də Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə sərbəst ifadəsində bildirib.

Təqsirləndirilən şəxs deyib ki, qərarları Baş Prokurorluq verib: “Hər bir material, cinayət işi üzrə Baş Prokurorluqda məruzə olunub, orada verilən qərarlar üzrə işlər icra olunub”.

Eyni zamanda MTN-in keçmiş əməkdaşı, təqsirləndirlən Sahib Ələkbərovun ötən iclasda verdiyi vəsatətlə bağlı qərar elan edilib. Qərara əsasən, S.Ələkbərovun sabiq baş prokuror Zakir Qaralovun və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəmədə əlavə şahid qismində dindirilməsinə dair vəsatəti təmin edilməyib.

Məhkəmənin növbəti iclası iyunun 28-nə təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir