Siyasət

DTX rəisi: “Altı hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadı”

Vətən müharibəsi başa çatdıqdan sonra 6 hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib. Onun sözlərinə görə, 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olub və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıblar. Xeberal.az

Siyasət

Salome Zurabişvili Gürcüstanın Aİ-yə namizədlik statusu almamasına qəzəblənib

“Siz məyus ola bilərsiniz, mən isə daha çox qəzəbli olan kateqoriyaya aidəm. Bu gün baş verən xəbərdarlıqdır”. “Report” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunun verilməsini tövsiyə etməməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu gün təslim olmaq zamanı deyil: “Bu gün məyusluq və şikayətlənməyin […]

İdman

“Zirə” Azərbaycan millisinin yarımmüdafiəçisini transfer edib

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, “qartallar” Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhim Sadıxovla anlaşıb. 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, son klubu “Sumqayıt” olan Rəhim Sadıxov daha əvvəl Rusiyanın “Solyaris” (Moskva) və “Torpedo” (Moskva) komandalarında çıxış edib. Xeberal.az

Siyasət

DTX: “İraq və Suriyadan 366 nəfər repatriasiya edilib”

İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib. İclasda Yaxın Şərqdə baş vermiş silahlı münaqişələr zamanı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin İraq və Suriyada saxlanılan ailə üzvlərinin, xüsusən də qadın və uşaqların repatriasiyası və reabilitasiyası ilə bağlı müvafiq tədbirlərin görüldüyü və hazırkı vaxtadək hər iki ölkədən […]

Siyasət

Albaniya Prezidenti Bakı Qlobal Forumun əhəmiyyətindən DANIŞDI – VİDEO

“Bakı Qlobal Forumu ideyalarla, yanaşmalarla zəngindir”. Bunu Baku TV-yə açıqlamasında Albaniya Prezidenti İlir Meta deyib.  O bildirib ki, bəzən bu diskussiyalar qızğın ola bilər, amma biz müzakirə üçün burdayıq: “Debatlar aparmaq, yanaşmaları bölüşmək, təhdid və çağırışlara ən yaxşı həll yollarını tapmaq üçün belə platformalar önəmlidir”.  Daha ətraflı sujetdə:   Xeberal.az

Cəmiyyət

Ağcəbədi şəhərində yenilənmiş “Nar” mağazası fəaliyyətə başladı

Azərbaycanın bölgələrinə xüsusi diqqətilə seçilən “Nar”ın növbəti mağazası Ağcəbədi şəhərində xidmətə başladı. Yeni konsepsiyalı mağazada müştərilər “Nar” xidmətlərinə daha rahat qoşula və müxtəlif abunə əməliyyatlarını həyata keçirə bilir. Müştəri yönümlü biznes siyasətindən çıxış edərək, “Nar” bütün ölkə boyunca mağazalarını yeniləyir və yeni mağazalar istifadəyə verir. Bu mağazalarda yalnız abunə xidmətləri göstərilmir, eləcə də telefon və […]

Cəmiyyət

Azərbaycan və Rumıniya arasındakı münasibətlərin 30-cu ildönümü münasibətilə tədbir keçirilib – FOTO

17 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.  Bildirilib ki, tədbirdə AR XİN-in rəhbər heyəti, Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan […]

Dünya

Ukrayna Rusiya vətəndaşları üçün viza rejimi təqdim edib

Ukrayna hökuməti Rusiya ilə viza rejiminin tətbiq olunması barədə qərar verib.   Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi açıqlama verib. “Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabineti Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişi rejiminə yenidən baxıb”, – Ukrayna Prezidenti Ofisinin yaydığı məlumatda qeyd olunur. Mənbə: Unian Xeberal.az

Dünya

Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularını pozub

Rusiyaya məxsus hərbi gəmi Danimarkanın ərazi sularını iki dəfə pozub. Bu barədə Danimarka Xarici İşlər Nazirliyi açıqlama verib. Danimarkanın xarici işlər naziri Eppe Kofodun sözlərinə görə, bu, cümə günü axşam iki dəfə baş verib. “Dünən gecə Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularını iki dəfə pozdu. Son dərəcə məsuliyyətsiz, kobud və tamamilə qəbuledilməz Rusiya təxribatıdır”, – […]

İqtisadiyyat

Azərbaycanda banklara vaxt qoyuldu – RƏSMİ

Azərbaycan Mərkəzi Bankı aprelin 1-dən qüvvəyə minmiş “Bank sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Qaydalar”a uyğunluq baxımından banklarda bir sıra istiqamətlərdə kamillik səviyyəsinin yüksəldiyi müşahidə olunub, lakin problemlərdə mövcuddur. “Report” xəbər verir ki, bunu “Fintex Sammmit” Maliyyə və Texnologiya sərgisində çıxış edən Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Anar Quliyev bildirib. “Kritik hesab olunan istiqamətlərdə […]