İdman

“Zirə” Azərbaycan millisinin yarımmüdafiəçisini transfer edib

Sharing is caring!

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, “qartallar” Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhim Sadıxovla anlaşıb. 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu “Sumqayıt” olan Rəhim Sadıxov daha əvvəl Rusiyanın “Solyaris” (Moskva) və “Torpedo” (Moskva) komandalarında çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir