Siyasət

Azərbaycanın nazir müavini BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçilib

ABŞ-ın Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 39-cu iclası çərçivəsində BMT-nin İnsan Hüquqları Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Seçkilərdə Komitədə mövcud olan 9 vakant yer uğrunda 17 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid […]

Cəmiyyət

Şəkər xəstəsi olan Gəncə sakininin pensiyası dayandırılıb – VİDEO

Gəncə sakini Səadət Hüseynova uzun illlərdir ki, şəkər xəstəliyindən əziyyət çəkir. İkinci qrup əlil kimi 268 manat pensiya alıb. Lakin ötən oktyabr ayında pensiyası kəsilib. Çıxılmaz vəziyyətdə qalan 52 yaşlı Səadət Hüseynova Baku TV-yə üz tutub. “Mən 20 ilin şəkər xəstəsiyəm. Şəkər ürək, böyrək, qaraciyərimi sıradan çıxarıb. Gözlərim zəifləyib. İnsulini vura bilmirəm, uşaqlar çəkir vurur. […]

Cəmiyyət

Bakıda 80 yaşlı kişi itkin düşdü

Bakının Suraxanı rayon sakini, 1942-ci il təvəllüdlü Qasımov Əlisəfa Zəbi oğlu itkin düşüb. Bu barədə “Report” Ə.Qasımovun yaxınları xəbər veriblər. Məlumata görə, hadisə Hövsan qəsəbəsində baş verib. Ə.Qasımov dünən yaşadığı evdən çıxıb və geri qayıtmayıb. O, yaddaş zəifliyindən əziyyət çəkir. Ə.Qasımovu görənlərdən və ya onun barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 055-299-29-03, 055-650-97-98 telefon […]

İqtisadiyyat

“Ağsu Aqropark”da taxıl yığımına başlanılıb – FOTO

Ağsu rayonunun Çiyni kəndində 1764 hektar ərazidə yaradılan aqroaparkda taxıl yığımına başlanılıb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, əkinçilik və heyvandarlıq üzrə ixtisaslaşmış aqroparkın 1281 hektarında arpa, buğda, qarğıdalı və yonca əkilib. Aqroparkın 1600 başlıq heyvandarlıq kompleksində 1264 baş südlük və ətlik cins iribuynuzlu heyvan saxlanılır. Kompleksin illik istehsal gücü 4200 ton süd, 900 ton ət […]

İdman

Zəfər Kubokunun final proqramı açıqlanıb – FOTO

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda final oyununun proqramı müəyyənləşib. “Report”un məlumatına görə, mayın 4-də – İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na – mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edəcək. Bu münasibətlə təşkilatçılar və iştirakçı […]

Dünya

Qazaxıstan “Böyük Avrasiya” layihəsinin ideyasını dəstəkləyib

Qazaxıstan “Böyük Avrasiya” layihəsi ideyasını dəstəkləyir. Bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev “Rossiya-24” telekanalının yayımladığı Sankt-Peterburq İqtisadi Forumunda (SPİF) çıxışı zamanı deyib. “Sankt-Peterburq Forumu çərçivəsində, bildiyim kimi, Böyük Avrasiya Tərəfdaşlığının formalaşdırılması mövzusu maraqla müzakirə olunur – bu, Rusiya Federasiyasının təşəbbüsüdür. Qazaxıstan Böyük Avrasiya Tərəfdaşlığının yaradılması prosesinə müsbət münasibət bəsləyir”, – deyə o bildirib. Daha əvvəl […]

Siyasət

Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb – YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər, ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bölgədəki cari vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının […]

Dünya

Məşhur fransız aktyor vəfat edib

Fransız aktyor və rejissor Jan-Lui Trentinyan 92 yaşında vəfat edib. Bu barədə “France-Presse” agentliyi onun həyat yoldaşına istinadən xəbər verib. Aktyor “bu gün səhər saatlarında Qar rayonundakı evində, yaxınlarının əhatəsində, qocalıqdan dünyasını dəyişib”. Aktyorun ən məşhur işləri “Kişi və qadın”, “Məhəbbət”, “Ötüşmə”, “Və Allah qadını yaratdı” filmləridir. Mənbə: Komsomolskaya pravda Xeberal.az

İdman

Stend atıcılarımız beynəlxalq yarışda bürünc medal qazanıb – FOTO

Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran Pri yarışında komandamız ilk uğurunu əldə edib. Stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Əli Hüseynli və Alina Rəfixanova bürünc medal qazanıblar. Qeyd edək ki, Konya-2022 Qran-prisi iyunun 13-də başlayıb. Ölkəmizi yarışda 14 idmançı təmsil edir. Xeberal.az

Cəmiyyət

Türkiyə və Azərbaycanın media əməkdaşlığı – VİDEO

Türkiyə və Azərbaycan qardaşlığı media sahəsində də günü-gündən möhkəmlənir. Vətən müharibəsi və sonrasında da iki ölkənin jurnalistləri arasında həmrəylik daha da genişlənib. “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əsas mövzusu da buna həsr olunub. “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Forumu həm “Şuşa ili”nə həsr olunub, həm də eyni zamanda media sahəsində ciddi iş birliyini, birgə arayışları ortaya qoymaq, […]