Cəmiyyət

SSRİ çempionu olduğunu iddia edən şəxs sığınacaqda niyə saxlanılmır? – AÇIQLAMA + FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Bakıda küçələrdə gecələyən 58 yaşlı Əliyev Etibar Nadir oğlunun sığınacağa yerləşdirilməməsinə münasibət bildirib. Agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 1964-cü il təvəllüdlü Əliyev Etibar Nadir oğlu 01.08.2019-cu il tarixdə Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial […]

Cəmiyyət

Avtomobilin nömrə nişanı olmadığı üçün saxlanıldı, narkotik qəbul etdiyi üzə çıxdı

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdam rayon sakini Cavid Abbaszadənin idarə etdiyi “Mercedes” markalı avtomobilin ön dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. […]

Dünya

Ərdoğan İsveçin baş naziri ilə danışdı: Türkiyə şərtlərini bir-bir açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Baş naziri Maqdalena Andersson arasında telefon danışığı baş tutub. Telefon söhbətində ikitərəfli münasibətlər və İsveçin NATO-ya üzvlük üçün müraciəti məsələsinə toxunulub. Türkiyənin NATO-nun “açıq qapı” siyasətinə hər zaman tam dəstək verdiyini bildirən Ərdoğan Alyans daxilində həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından həmrəyliyin əsas olduğunu vurğulayıb. Türkiyənin İsveçin […]

Cəmiyyət

Dövlətimiz Litva ilə münasibətlərdə
strateji tərəfdaşlığa əsaslanır

Bu günlərdə Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə yeni stimul verdi. Litvanın dövlət başçısı ilə mətbuata birgə bəyanatında dövlətimizin başçısı Litvanın Azərbaycan ilə uzun illər ərzində strateji tərəfdaş olduğunu, uğurlu əməkdaşlıq həyata keçirdiyini, iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin səmərəli əlaqələrin mahiyyətini […]

Cəmiyyət

Cənubi Qafqazda sülh və qarşılıqlı əməkdaşlıq mühüm məsələdir

Səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınması mövzusunda fikir mübadiləsi aparılıb. Bir daha qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü […]

Cəmiyyət

Azərbaycanın Litva ilə əməkdaşlıq potensialı böyükdür

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də respublikamıza səfərinin nəticələri Azərbaycanın bu ölkə ilə əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. Litvanın dövlət başçısı ilə Prezident İlham Əliyev arasında keçirilən birgə və geniş tərkibdə görüşlər, mətbuata bəyanatlar, biznes forumda səsləndirilən fikirlər də bunun bariz ifadəsidir.Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki […]

Cəmiyyət

5 000 manatlıq cərimə: Marketlərə ət haradan GƏTİRİLİR? – AÇIQLAMA

Azərbaycanda açıq və pərakəndə ət satışı geniş olsa da, son vaxtlar insanlar normal ət almaq üçün daha çox marketlərə üz tuturlar. Əvvəl küçə və yol kənarlarında kəsilmiş ətə üstünlük verilirdisə, indi durum bir qədər dəyişib. İnsanlar iri market və supermarketlərdə səliqə ilə düzülmüş ət çeşidlərini almağa daha çox maraq göstərirlər. Çünki supermarketlərdə satışa çıxarılan bütün […]

Dünya

Rusiyalı nazirin çıxışı zamanı nümayişkaranə ETİRAZ – VİDEO

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun çıxışı zamanı beş ölkənin nümayəndəsi Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının ticarət nazirlərinin görüşünü tərk edib. Bu barədə Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Thani Senqrat bildirib. Onun sözlərinə görə, zalı tərk edənlər Yaponiya, ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiya nümayəndələri olub. Xatırladaq ki, mayın 21-də Banqkokda APEC-ə üzv olan […]

Mədəniyyət

Samirə Əşrəfin yeni kitabının təqdimatı keçirildi – FOTO

Mayın 20-də Bakı Kitab Mərkəzində yazıçı Samirə Əşrəfin “Mənim üçün qızılgül” adlı ilk hekayələr kitabının təqdimatı keçirilib. Kulis.az xəbər verir ki, təqdimatı giriş sözü ilə Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı açaraq gələn qonaqları salamlayıb, müəllifin ilk kitabı haqqında ürək sözlərini bildirib. Bundan sonra professor, ədəbi tənqidçi Cavanşir Yusifli, millət vəkili, yazıçı Aqil Abbas, tənqidçi […]