Cəmiyyət

Dövlətimiz Litva ilə münasibətlərdə
strateji tərəfdaşlığa əsaslanır

Sharing is caring!


Bu günlərdə Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə yeni stimul verdi. Litvanın dövlət başçısı ilə mətbuata birgə bəyanatında dövlətimizin başçısı Litvanın Azərbaycan ilə uzun illər ərzində strateji tərəfdaş olduğunu, uğurlu əməkdaşlıq həyata keçirdiyini, iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin səmərəli əlaqələrin mahiyyətini əks etdirdiyini, indiki səfərdən sonra isə münasibətlərin yeni səviyyəyə yüksələcəyini bildirib. Onun sözlərinə görə, Litva Prezidenti ilə həm ikitərəfli, həm də geniş tərkibdə görüşlər zamanı çox mühüm məsələlər – iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektləri geniş müzakirə edilib. Eyni zamanda, Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır.
Əsas məsələlərdən biri bu olub ki, Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramlarıilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsinidə əhatə edir. Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Cari ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Ölkənin iqtisadiyyatı 7,2 faiz artmışdır. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, burada artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir. Azərbaycan əhalisinin sayı 10 milyona qədər artıb.

Preziden İlham Əliyev biznes-forumda qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciriyaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlar Litva respublikası ilə münasibətlərin yeni mərhələyə yüksəldiyini sübut edir. Bu da xalqlarımızın mənafeyinə tamamilə uyğundur.
Etibar Sadıqov, Göytəpə şəhər sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir