Dünya

İsveçin baş naziri Ərdoğanla söhbətdən sonra: “PKK-nın terrorçu təşkilat kimi tanınmasını dəstəkləyirik”

İsveçin baş naziri Maqdalena Andersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra açıqlamalar verib. Türkiyə ilə ikitərəfli əlaqələrin gücləndirilməsini səbirsizliklə gözlədiklərini ifadə edən Andersson, PKK-nın terrorçu təşkilatlar siyahısına salınmasını açıq şəkildə dəstəklədiklərini bildirib.  “İsveçin beynəlxalq terrorla mübarizəni alqışladığını vurğuladım. Bu mübarizədə PKK-nın terrorçu təşkilatlar siyahısında olmasını açıq şəkildə dəstəklədiyimi bildirdim”, -deyə hökumət başçısı SVT […]

Dünya

Podolyak ərazilərin fəda edilməsi barədə: “Bunu artıq qəlbən uduzmuş “luzer” deyir” – FOTO

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsini və Rusiyanın işğal etdiyi əraziləri geri almasını mümkünsüz hesab etmir. Bu barədə Podolyak özünün “Twitter” səhifəsində yazıb. “Ekspertləri dinləsək, onda Ukrayna qışda üç dəfə donmalı, martda elektrik enerjisiz qalmalı idi, ölkənin yarısında isə Rusiya bayrağı dalğalanmalıydı. Ölkənin gələn qışdan sağ çıxmayacağı, insanların da […]

Dünya

Britaniya XİN: “Moldova NATO standartlarına uyğun silahlanmalıdır”

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib ki, Moldovanın Rusiyanın potensial hücumuna davam gətirə bilməsi üçün NATO standartlarına uyğun silahlanması lazımdır. Onun sözlərinə görə, Britaniya və müttəfiqləri artıq kiçik dövlətlərə, xüsusən də Moldovaya Rusiyadan gələn hərbi təhlükədən qorunmağa necə kömək etməyin yollarını müzakirə edirlər. “Mən Moldovanın NATO standartlarına uyğun silahlanmasını istərdim. Biz indi […]

Cəmiyyət

May ayına xas olmayan hava: “Yağışlar uzunmüddətli olsa…” – TƏHLİL

Mütəxəssislərin fikrincə, havaların yağışlı keçməsi yaz əkini üçün faydalıdır. Çünki yaz əkini bitkilərinin yaxşı inkişaf etməsi üçün yağıntı vacibdir. Torpağın müəyyən hissəsi nəmlənməlidir ki, bitkilər normal şəkildə inkişaf etsin. Amma taxılın çiçək dövrü hesab olunduğu üçün havanın yağıntılı keçməsi məhsuldarlığa  mənfi təsir edə bilər.  Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik. Ötən ilin sonlarından […]

Dünya

Rusiya ordusu Ukraynada musiqi məktəbini xarabalığa çevirdi – FOTO/VİDEO

Ukraynanın Donetsk vilayətində daha bir mədəniyyət müəssisəsi dağıdılıb. Rusiya ordusu Svyatoqorskidəki musiqi məktəbinə hücum edib. Bu barədə vilayətin qubernatoru Pavel Kirilenko məlumat verib. “2016-cı ildə Yaponiya hökuməti bu məktəbi təmir etməkdə bizə kömək etdi. Ruslar onu xarabalığa çevirdilər”, – deyə qubernator bildirib. Qeyd edək ki, dünən Rusiya ordusu raket zərbəsi ilə Lozova şəhərində mədəniyyət evinə […]

Dünya

Şimali Koreyada bir gündə 220 minə yaxın koronavirus hadisəsi qeydə alınıb

KXDR-də bir gündə 219 mindən çox koronavirus xəstəsi qeydə alınıb, bir nəfər ölüb. Bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Bildirilir ki, ümumilikdə təxminən 2,5 milyon insan xəstələnib. Şimali Koreya ölkədə qızdırma adlandırdıqları koronavirusa yoluxma hallarının meydana çıxması səbəbindən ən yüksək səviyyəli fövqəladə epidemiya əleyhinə sistem tətbiq edib. Kim Çen Inın göstərişi ilə “zərərli […]

Cəmiyyət

Mikroavtobus məktəblini VURDU – FOTO

Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Səməd Qurbanov idarə etdiyi “Ford” markalı mikroavtobusla hərəkətdə olarkən 2010-cu il təvəllüdlü Elvin Məmmədlini vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, […]

Dünya

Kreml minə yaxın amerikalıya qadağa qoydu: Co Bayden və Morqan Friman da siyahıya düşdü

Rusiya ABŞ vətəndaşlarına qarşı yeni sanksiya tətbiq edib. Bu barədə Rusiya XİN məlumat verib. Belə ki, yeni sanksiyalara əsasən 963 nəfərin Rusiya girişi birdəfəlik qadağan edilib. Siyahıya ABŞ Prezidenti Co Bayden, prezidentin oğlu Hanter Bayden, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey, ABŞ Maliyyə Nazirliyinin xairici aktivlərə nəzarət idarəsinin direktoru […]

Cəmiyyət

İlk “Akınçı” Azərbaycana endi – VİDEO

İstanbul Çərkəzköydən havaya qalxan “Bayraktar”lar Gürcüstan üzərindən Azərbaycana doğru yola düşüb. Bu barədə tədbirin təşkiliatçılarından olan məşhur PUA-ların istehsalçısı “Baykar” müəssisəsinin rəhbəri Selcuk Bayraktar məlumat verib.  O, ilk “Akınçı”nın Azərbaycana eniş etdiyi anları paylaşıb. Qeyd edək ki, mayın 26-29-da “Baku Crystal Hall”da və Milli Parkda keçiriləcək “Teknofest” festivalı kosmos, texnologiya və aviasiya həvəskarlarını bir araya gətirəcək. […]

Cəmiyyət

Yara sarğısında narkotik keçirmək istədi: YAXALANDI

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xidmətin müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramil Təhməzov müəssisəyə qəbul olunarkən onun üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman belindəki yaranın sarğısının içərisində xüsusi […]