Dünya

Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı durmadan artır

Ukraynada Rusiya ordusunun hərbi əməliyyatları nəticəsində 225 uşağın öldüyü, 413 azyaşlının isə yaralandığı bildirilib. Bu barədə Ukrayna baş prokurorluğu məlumat yayıb. Həmçinin, qurumdan verilən açıqlamada Rusiya bombardmanları nəticəsində 1635 təhsil müəssisəsinin zərər gördüyü, onlardan 126-nın tamamilə məhv edildiyi qeyd edilib. Xeberal.az

Cəmiyyət

Buraxılış, yoxsa ixtisas imtahanı? – ARAŞDIRMA

“Yaxın iki il ərzində informatika fənni buraxılış imtahanlarına salınacaq”.  Təhsil naziri Emin Əmrullayevin bu günlərdə Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı səsləndirdiyi bu fikirlər fənn ətrafında bir sıra suallar yaradıb. Nazir qeyd edib ki, bu, ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacaq: “İnformatika fənninin […]

Kriminal

Göyçay sakini sərxoş halda tanışını güllələdi

Göyçay rayonunda silahlı insident baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Göyçay çayının kənarındakı “DSR-in kafesi” adlanan yerdə baş verib. Rayon sakinləri, 1961-ci il təvəllüdlü İntiqam Xıdırov və 1970-ci il təvəllüdlü Habil Babayev kafedə yeyib içdikdən sonra kafenin həyətinə çıxıblar. Məlumata görə sərxoş olan İntiqam Xıdırov özünə məxsus “Vinçester” markalı ov tüfəngini […]

İdman

Güləşçilərimiz Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Sabah Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında “Victory cup” turniri start götürəcək. Üç gün davam edəcək ənənəvi yarışda ölkəmizi U-17 yığma komandalarımız təmsil edəcək. Sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Sadiq Hüseynov, Muhəmməd İsmayılov (hər ikisi 45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev […]

Dünya

Zelenski Rusiya ilə müharibədə Ukraynanın hədəflərini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski G7 liderlərinin virtual görüşündə iştirak edib. O, Rusiya ilə müharibədə ölkəsinin əsas hədəflərini açıqlayıb. Ukrayna Prezidenti çıxışı zamanı qeyd edib ki, ölkə bundan sonra da öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək. Zelenskinin sözlərinə görə, Rusiyaya qarşı müharibədə Ukrayna üçün əsas hədəflər Rusiya hərbçiləri və texnikasının ölkə ərazisindən tamamilə çıxarılması, […]

İqtisadiyyat

Şəmkirdə KOB Fest sərgi-satış yarmarkası keçirilib – FOTO

Mayın 8-də Şəmkir rayonunda KOB Fest sərgi-satış yarmarkası təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş yarmarkada Şəmkir, Tovuz, Daşkəsən və Göygöl rayonlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, sənətkarlar məhsul və xidmətlərini, əl işlərini təqdim ediblər. Ümumilikdə yarmarkada 70-ə yaxın KOB subyekti tərəfindən 800 adda qida və qeyri–qida məhsulları, […]

Dünya

G7 ölkələri Rusiya neftindən imtina edir

Böyük Yeddilik (G7) ölkələri Rusiya neftinin idxalına embarqo tətbiq etməyi və ya bu idxalı mərhələli şəkildə dayandırmağı öhdələrinə götürüblər. Bu barədə qrup ölkələrinin yaydığı birgə bəyanatda bildirilib. Həmçinin, sənəddə qeyd olunub ki, G7 Ukraynada Rusiyanın qələbəsinə yol verməmək üçün əlindən gəlini edəcək. Mənbə: rbc.ua Xeberal.az

Dünya

ABŞ Rusiya telekanallarına qarşı sanksiyalar tətbiq edir

Birləşmiş Ştatlar “Birinci Kanal”, “Rossiya-1” və NTV telekanallarına qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Bu barədə bazar günü ABŞ administrasiyasından məlumat verilib. Bildirlib ki, telekanallara avadanlıqların verilməsinə, həmçinin ABŞ şirkətlərinin həmin telekanallarda reklam yerləşdirmə imkanlarına təsir edəcək. Mənbə: TASS Xeberal.az

İdman

İki qollu qələbə “Sabah”ı “avrokubok zonasına” çıxardı – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. Oxu.Az xəbər verir ki, turun ilk oyununda “Sabah” səfərdə “Səbail”lə qarşılaşıb. “ASCO Arena”dakı görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 15-ci dəqiqədə Boyan Letiç və 37-ci dəqiqədə Lukas Rangel vurublar. Bu qələbədən sonra xallarını 39-a çatdıran “Sabah” avrokuboklara vəsiqə şansı verən 4-cü pilləyə yüksəlib. […]

Müharibə

Paşinyanı gözləyən təhlükə – ŞƏRH

Vətən müharibəsindən sonra bir müddət sülh danışıqlarını yubatmağa nail olan məğlub Ermənistan, nəhayət ki, reallığı qəbul etməli oldu. Amma Paşinyan hökumətinin reallığı qəbul etməsindən revanşist qüvvələr yararlanmağa çalışırlar. Onlar hər vəchlə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər. Son günlər Ermənistanın mərkəzində etiraz aksiyaları keçirilir. “Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi İşxan Saqatelyan ölkə vətəndaşlarını yenidən etiraz aksiyalarına və itaətsizliyə […]