Müharibə

Müharibələrin “yeni ulduzu” – TƏHLİL

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ermənistana qarşı müxtəlif növ dronlardan istifadə etməsi müasir hərbi əməliyyatların necə dəyişdiyini göstərib. Bu, dünyanın müxtəlif ölkələrinin də diqqətini cəlb edib. Onlar artıq müharibələrinin “yeni ulduzu”nu – dronları hərbi əməliyyatların gedişini dəyişən amil kimi qəbul edirlər. Məsələn, Ukrayna da Rusiyaya qarşı müxtəlif pilotsuz uçuş aparatlarından istifadə edir. Bu ölkə yeni […]

Kriminal

Sumqayıtda qadın əri tərəfindən öldürüldü: Boşanmaq üçün məhkəməyə müraciət edibmiş

Sumqayıtda 41 yaşlı qadın qətlə yetirilib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Novxanı bağları adlanan ərazidə qeydə alınıb. 1981-ci il təvəllüdlü İsgəndərova İlahə Nurəddin qızı 13 bıçaq zərbəsi ilə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, tərəflər boşanma ilə bağlı […]

Dünya

Əhali sayına görə Çini geridə qoyan Hindistanda doğum nisbəti kəskin azalıb

Hindistanda Analar Günündə açıqlanan milli ailə sağlamlığı araşdırmasına görə, ölkədə doğum nisbəti kəskin şəkildə aşağı düşüb. Beş il əvvəl açıqlanan məlumatlarla müqayisədə, rəqəm 2,2-dən 2-dək azalıb. Halbuki, 1950-1960-cı illərdə hər bir hindistanlı qadına təxminən altı doğum düşüb. Qeyd edək ki, 1970-ci ildən Hindistanda “İki nəfərə iki uşaq” adlı doğuşa nəzarət proqramı fəaliyyət göstərir. Bununla belə, […]

Dünya

“YouTube” Roqozinin yer aldığı bütün videoları sildi

“YouTube” videohostinqi “Roskosmos Media” kanalından “Roskosmos”un rəhbəri Dmitri Roqozinin iştirakı ilə çəkilmiş bütün videoları silib. Qurumun “Telegram” kanalından verilən məlumata görə, ümumilikdə beş milyona yaxın baxış sayına malik iyirmiyə yaxın video silinib. Silinən videolar arasında Roqozinin müsahibələri, Donbass sakinlərinə humanitar yardımın göndərilməsində iştirakı, Vostoçnı kosmodromuna səfərlərinin görüntüləri də olub. Xeberal.az

Dünya

Məşhur qrup Kiyev metrosunda konsert verdi – VİDEO

Mayın 8-də Kiyev metrosunda dünya səviyyəli ulduzların konserti baş tutub. Məşhur musiqi qrupu U2-nun solistləri Bono və Edc “Kreşatik” stansiyasında çıxış ediblər. Onlara Ukraynanın “Antitela” qrupunun solisti, hazırda isə ərazi müdafiəsinin üzvü Taras Topolya da qoşulub. Qeyd edək ki, Bono və Edc daha əvvəl də Ukraynanı dəstəklədiklərini bəyan ediblər. Onlar “Instagram”da Taras Şevçenkonun əsərini oxuyublar. […]

Dünya

ABŞ-da insan beyninin “çipləşdirilməsi”nə başlandı

Avstraliyanın ardından ABŞ-da da insan beyninə xüsusi çiplərin yerləşdirilməsi üzrə sınaqlara start verilib. Bu çiplər sayəsində iflic olan xəstələr sadəcə düşünməklə çox şey edə biləcəklər. Həmçinin, çip vasitəsilə sadəcə düşüncə ilə email göndərmək, onlayn alış-veriş etmək, sosial şəbəkələrdə statuslar yazmaq mümkündür. Bununla belə, çip texnologiyasının inkişafını müsbət qiymətləndirənlərlə yanaşı, ona şübhə ilə yanaşanlar da var. Çipin […]

Dünya

Koronavirusa qarşı “Yeni Çin səddi” çəkildi – VİDEO

Çində Şanxay və Pekinlə yanaşı digər şəhərlərdə də koronavirusun yayılmasına qarşı tədbirlər görülür. Quançjouda pandemiya səbəbilə küçələrə qoyulan maneələr diqqətdən yayınmayıb. Medianın “Yeni Çin səddi” adlandırdığı baryerlər bəzi ərazilərə girişin məhdudlaşdırılması məqsədilə quraşdırılıb. Mənbə: “Haber Global” Xeberal.az

Dünya

Aİ Rusiya neftini daşıyan gəmilərə qadağa qoya bilər

Avropa İttifaqı Rusiyadan neft daşıyan gəmilər üçün sığorta qadağasının tətbiqi imkanlarını müzakirə edir. Belə bir addım Rusiya neftinin dünya bazarına çıxışını xeyli məhdudlaşdıracaq. Məlumata görə, sığorta qadağası Aİ rəsmilərinin Rusiyaya qarşı hazırladıqları altıncı sanksiyalar paketinin bir hissəsidir. Dünyanın ən böyük tanker donanmalarından birinə sahib olan “Frontline Ltd” şirkətinin direktoru Dars Barstad bildirib ki, belə bir […]

İdman

“Mançester Siti”dən çempionluq yolunda vacib qələbə – VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib. Çempionluğun əsas namizədlərindən biri olan “Mançester Siti” doğma meydanda “Nyukasl”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 86-ya çatdıran “Mançester Siti” liderliyini möhkəmlədib. Hazırda Mançester təmsilçisi ən yaxın izləyicisi “Liverpul”dan 3 xal öndədir. “Nyukasl” isə 43 […]

Dünya

Maskı hədələdilər: “Ukraynaya yardım etdiyi üçün cavab verəcək”

Rusiyanın “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskı hədələyib. O, dünyanın ən varlı adamına “Ukrayna qüvvələrini hərbi rabitə ilə təmin etdiyinə görə cavab verməli olacaq” şəklində xəbərdarlıq edib. Raqozin bildirib ki, bu işlərdə Pentaqonun da əli var. Qeyd edək ki, amerikalı milyarder “Starlink” peykləri vasitəsilə Ukrayna silahlı […]