İdman

İki qollu qələbə “Sabah”ı “avrokubok zonasına” çıxardı – VİDEO

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Oxu.Az xəbər verir ki, turun ilk oyununda “Sabah” səfərdə “Səbail”lə qarşılaşıb.

“ASCO Arena”dakı görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 15-ci dəqiqədə Boyan Letiç və 37-ci dəqiqədə Lukas Rangel vurublar.

Bu qələbədən sonra xallarını 39-a çatdıran “Sabah” avrokuboklara vəsiqə şansı verən 4-cü pilləyə yüksəlib.

15 xalı olan “Səbail” isə “Sumqayıt”la birlikdə 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, günün digər oyununda “Qarabağ” “Zirə”ni qəbul edəcək.

Tura mayın 9-da keçiriləcək “Sumqayıt” – “Şamaxı” və “Qəbələ” – “Neftçi” matçları ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir