Siyasət

Nazir müavini: “Ermənistanla düşmənçilik aradan qaldırılmalıdır” – VİDEO

“Biz regiona sülhün gətirilməsi, möhkəmlənməsini niyyət edirik. Bu çərçivədə Ermənistanla əlaqələrin bərpa olunması, münasibətlərin normallaşması, kommunikasiyaların açılması xüsusi əhəmiyyət kəsb edir”. Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, kommunikasiyaların açılması konteksində eyni zamanda Naxçıvanla birbaşa gediş-gəlişin tezliklə bərpa olunmasına nail olmalıyıq. Bu baxımdan Zəngəzur dəhlizinin işə salınması prosesi surətlənməlidir. […]

Cəmiyyət

Tbilisidə “Şuşa ili”nə həsr olunan “Cənnətim Qarabağ” konserti – FOTO

Tbilisidə “Cənnətim Qarabağ” adlı konsert proqramı təqdim olunub. “Report”un Gürcüstan bürosu xəbər verir ki, qonşu ölkədə “Şuşa ili” çərçivəsində keçirilən ilk tədbir böyük maraqla qarşılanıb. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında 44 günlük Vətən müharibəsinin mahiyyətindən söz açıb. O, müharibənin ilk günlərindən Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycana böyük mənəvi və maddi dəstək göstərdiyini xatırladıb. Səfir müharibə dövründə Azərbaycana […]

Cəmiyyət

Bakıda 16 yaşlı gənc BIÇAQLANDI

Bakıda gənc oğlan bıçaqlanıb. “Report”un məlumatına görə, Nizami rayonunda mübahisə zəminində 2006-cı il təvəllüdlü İdrisov Şamil Novruz oğlu bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub. Ş. İdrisovun dediyinə görə onu tanımadığı şəxs bıçaqlayıb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

İdman

“Barsa” üç xalı son anda qazandı – VİDEO

La Liqada 35-ci turun daha bir oyunu “Betis”lə “Barselona” arasında keçirilib. Meydana çıxarkən katalon klubunun futbolçuları Kral Kubokunu qazanan “Betis”lilər üçün şərəf dəhlizi açıblar. Çempionluqdan əlini üzən Xavinin yetirmələri 76-cı dəqiqədə hesabı açsalar da, onların sevinci cəmi üç dəqiqə çəkib. Lakin katalonlar təslim olmayaraq matçın əsas vaxtına əlavə edilmiş dördüncü dəqiqədə (90+4) qələbə qolunu vurublar – […]

İdman

“Portu” 30-cu dəfə Portuqaliya çempionu oldu

Portuqaliya futbol çempionatının sondan əvvəlki turunda səfərdə “Benfika”nı 1:0 hesabı ilə məğlub edən “Portu” vaxtından əvvəl turnirin qalibi olub. İkinci hissəyə əlavə edilmiş altıncı dəqiqədə topu Zaid Sanusi vurub. Komanda 33 matçda 86 xal toplayaraq 32 oyundan sonra 79 xalı olan ikinci yerin sahibi “Sportinq” (Lissabon) üçün əlçatmaz olub. “Benfika” 72 xalla üçüncü yeri təmin […]

Cəmiyyət

Polislərin qarşısında qolunu kəsən kişi xəstəxanada öldü: TƏFƏRRÜAT – RƏSMİ AÇIQLAMA

Şəmkir rayonunda 54 yaşlı kişi özünə xəsarət yetirib. “Report”un məlumatına görə, 1968-ci il təvəllüdlü A.Cabbarov kəsici alətlə qol nahiyəsindən özünə ağır dərəcədə xəsarət yetirib. O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat otağına aparılıb. Həkimlərin səyinə baxmayaq qolun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanya yerləşdirilən A.Cabbarovun həyatının xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil. […]

Cəmiyyət

Bakıda dəhşətli hadisə: Əri boşanmaq istəyən arvadını BIÇAQLADI – FOTO

Bakıda ər boşanmaq ərəfəsində olduğu arvadını bıçaqlayıb. Qafqazinfo.az-ın məlumatına görə, hadisə mayın 4-də Xətai rayonu General Şıxlınski 1-a ünvanında baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Nadirova Jaləni həyat yoldaşı Heydər Nadirov bıçaqlayıb. Qarın nahiyyəsindən bir bıçaq zərbəsi alan qadın, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur. Hadisə ilə bağlı əməkdaşımızla söhbətləşən qadın bildirib […]

İdman

“Liverpul” “Tottenhem”lə bacarmadı – VİDEO

İngiltərə Premyer Liqasında turun mərkəzi qarşılaşması baş tutub. Bu mövsüm həm ölkəsinin, həm də Avropanın ən yaxşı komandası adını qazanmağı hədəfləyən “Liverpul” doğma azarkeşləri önündə “Tottenhem”i qəbul edib. “Enfild”də baş tutan matç minimal hesablı heç-heçə ilə bitib – 1:1. Qeyd edək ki, Klopun yetirmələri finişə yaxın mühüm xallardan məhrum olsalar da, bu nəticə mersisaydlıları çempionatın liderliyinə […]

Siyasət

Ermənilər üçün qeyri-rəsmi “Avropa evi”: İrəvanı dəstəkləməyin Fransaya faydası var? – ŞƏRH

Oxşar vəziyyət Ermənistan idxalında da müşahidə olunur – Fransa ilk beş idxalçı sırasına belə daxil deyil. İqtisadi nöqteyi-nəzərdən Ermənistan Fransanı maraqlandırmır. Reallıq budur ki, Yelisey sarayının ermənilərə münasibəti simpatiya üzərində qurulmayıb. Bu, sadəcə…  Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. Erməni lobbisinin ən sıx məskunlaşdığı ölkələr sırasında Fransanın liderlik etdiyi faktdır. Məhz bu ölkədə erməni icması […]