İdman

“Portu” 30-cu dəfə Portuqaliya çempionu oldu

Sharing is caring!

Portuqaliya futbol çempionatının sondan əvvəlki turunda səfərdə “Benfika”nı 1:0 hesabı ilə məğlub edən “Portu” vaxtından əvvəl turnirin qalibi olub.

İkinci hissəyə əlavə edilmiş altıncı dəqiqədə topu Zaid Sanusi vurub.

Komanda 33 matçda 86 xal toplayaraq 32 oyundan sonra 79 xalı olan ikinci yerin sahibi “Sportinq” (Lissabon) üçün əlçatmaz olub.

“Benfika” 72 xalla üçüncü yeri təmin edib. “Portu” və “Sportinq” gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsində, “Benfika” isə Avropanın ən nüfuzlu klub turnirinin seçmə mərhələsində çıxış edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir