İdman

“Barsa” üç xalı son anda qazandı – VİDEO

Sharing is caring!

La Liqada 35-ci turun daha bir oyunu “Betis”lə “Barselona” arasında keçirilib.

Meydana çıxarkən katalon klubunun futbolçuları Kral Kubokunu qazanan “Betis”lilər üçün şərəf dəhlizi açıblar.

Çempionluqdan əlini üzən Xavinin yetirmələri 76-cı dəqiqədə hesabı açsalar da, onların sevinci cəmi üç dəqiqə çəkib. Lakin katalonlar təslim olmayaraq matçın əsas vaxtına əlavə edilmiş dördüncü dəqiqədə (90+4) qələbə qolunu vurublar – 1:2.

Qeyd edək ki, tura “Real” və “Atletiko” arasındakı Madrid derbisi ilə yekun vurulacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir